Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Qazaxda Səmirsiz tamaşası təqdim edildi

Qazaxda Səmirsiz tamaşası təqdim edildi

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabr ayının 7-də Qazax Dövlət Dram Teatrına "Səmirsiz"lik çökmüşdü. Səbəb həmin gün bu teatrın səhnəsində tamaşaçıları tamaşa sonrası bir saatdan çox saxlayan, qızğın müzakirəyə səbəb olan, Samuel Bekketin "Sözsüz əməl" pyesinin motivləri əsasında səhnələşdirilmiş "Səmirsiz" tamaşası idi.

Kulis.az xəbər verir ki, səhnə əsərinin müəllifi rejissor Abdulla Elşadlı, quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı; bu iki teatr arasında ilk əməkdaşlıqdır), bəstəkarı Azər Hacıəsgərli, butafor-rəssamı Səyad Məmmədovdur. Mono tamaşanın ifaçısı isə Qazax Dövlət Dram Teatrının aktyoru Rüfət Ömərdir.

Pyesi tərcümə edən, səhnələşdirən və quruluş verən Abdulla Elşadlının sözlərinə görə, cəhənnəmin ən qorxulu yeri sözsüz deyil, səmirsiz yeridir.

“Tamaşa Bekketin mətninə, onun dünyasına və fəlsəfəsinə bizim cəmiyyətdən müasir şüur axınıdır. Səmirsiz olmaq – tək söz deməmək, sükut edib dinməmək deyil, həm də bunu əmələ daşımaqdır, fəaliyyətsiz, təslim olmaqdır... Səmirsizlik bir damğa, möhürdür ki, bu damğanın dəmiri cəmiyyət, onu qızdıran kömürü isə susqunluq və etiraz etməməkdir.

Afişadan da göründüyü kimi, tamaşanın qəhrəmanı olan "Kişi" "Səmirsiz"liklə möhürlənib. Bu möhürü ömürlük açmaq mümkün olmayacaq. Möhür ölümə, məhvə məhkumdur. Amma və lakin sonsuz ölümə... Yəni ölməyə belə qoymayan, amma eyni zamanda, hər saniyə öldürüb dirildən, dirildib öldürən, axırda birdəfəlik məhv edən möhür – "SƏMİRSİZ"lik.

Süjet abstrakt və absurddur. Onu sözə çevirmək olmur. Cəhd etsək də, alınmayacaq. Öz daxili nizam-intizamı var. Burada səmirsizlik var. Səmirsiz cəmiyyətdə isə nizam-intizam yoxdur. Burada xaos hökm sürür, hər şey abstrakt şəkildə gülməlidir, gülməli olduğu qədər ağlamalıdır. Lap "Sizif haqqında mif" kimi... Əzab bitmir. Əzab daim davam edir və bu, sonsuza qədər belə olacaq. Niyə? Vaxtında bu kişi susdu. Susdu və elə anda dindi ki, artıq onun danışmağının nəinki cəmiyyətə, heç özünə də xeyri olmadı. Artıq məhv olmuş şüura, cəmiyyətə söz demək özü lazımsız nəsnədir. Dedikcə daha da dərinliyə çəkir və yol göstərdiyin yerdə özün onların yolunu qazıb xəndəyə çevirirsən, çünki sözünü vaxtında demədin. Susdun və susmağınla səmirsiz cəmiyyət yaratdın. İndi çək əzabını. İndi heç ölə də bilməyəcəksən! Hayqır bu əzaba, bu isti, qızmar ilğımları adamı kömür edən səhraya. Hayqır, zatən səsin də çıxmır! Səmirsizsən!” – Abdulla Elşadlı bildirib.

Qazax Dövlət Dram Teatrının rejissoru Xəzər Gəncəli də tamaşa haqqında fikirlərini bölüşüb:

“Cəmi 40 dəqiqə çəkən bu tamaşaya quruluşu maraqlı rejissor yozumları ilə daima gündəmə gələn Səməd Vurğun adına Akademik Rus Dövlət Dram Teatrının rejissoru Abdulla Elşadlı vermişdir. Qəfəs-otaq stereotipi müstəvisində hazırlanmış dar bir oda xarakteri daşıyan məkana atılmış, nimdaş, tör-töküntülü qiyafət geyinmiş və işgəncələrə məruz qalmış bir adam arxadan kiminsə itələməsi nəticəsində büdrəyərək az qala məhbəs (əslində, bura məhbəsdən başqa bir şey deyildir) özəlliyi daşıyan dar bir mühitə düşür.

Buranın nə havası var, nə suyu var, nə də yeməyə hər hansı bir qida var... Döyülüb əldən düşmüş bu adamın yalnız bir istəyi var: heç olmasa bir qurtum da olsun, su içmək!.. Lakin tavandan ona ip vasitəsi ilə göndərilən suyu əldə edib içmək o qədər də asan deyildir.

Adam nə qədər əlləşirsə, nə qədər cəhd edirsə, yuxarıdan ona ip vasitəsi ilə göndərilmiş sal daşları min bir əziyyət ilə nə qədər ayağının altına yerləşdirib suyu yuxarıdan götürməyə təşəbbüs göstərirsə, məqsədinə heç vəchlə çata bilmir.

Nəhayət, bu döyüşdən məğlub olaraq ayrılır. "Səmirsiz" adlanan bu tamaşa ekzistensialist duyğular oyatmaqla fərdin mühitdə get-gedə sıxışdırıldığı və heçliyə doğru addımlaması ilə diqqətimizi cəlb edir.

İctimai mühitin yox olması ilə yalnızlaşan fərdiyyət, özünün fiziki cəhətlərini də itirərək, vücud və xarakterin yox olduğu varlıq və heçlik arasındakı incə çizgiyə gəlib çatır. Burada rejissor, yaradılışın digər bir canlı obyekti olan ağacla insanı müqayisə yollarına baş vuraraq, həyat uğrunda mücadilədə divarın köksünü yarıb qəfəs-otağa yaşıl bir budaq çıxaran ağacın bu mübarizədə nə qədər güclü olduğunu, həyat eşqi anlayışında insan üzərində qalibiyyət əldə etdiyini ön plana çıxarıb vurğulayır. İçəri sızmış ağacın yaşıl budağı: "...yarpağımdan yapış, səni çəkərək azadlığa çıxarım", - deyə haray çəkərək insanın imdadına yetişməyə tələsir.

Bir aktyorun üzərində qurulmuş bu mono-tamaşada aktyor Rüfət Əhmədov rejissorun konsepsiyasına sadiq qalmış, öz ifa tərzi ilə rejissor fikrini qabartmağa çalışmışdır”.

Qeyd edək ki, tamaşa genış auditoriya kütləsinə nümayiş etdirilmək üçün nəzərdə tutulmuşdur.

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə "Müharibəni gözləyərkən" təqdim edildi Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri