Icma.az
close
up
RU
Türkiyə ilə anlaşdılar Ordu səssiz səmirsiz geri çəkilir

Türkiyə ilə anlaşdılar Ordu səssiz səmirsiz geri çəkilir

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə ilə anlaşan ABŞ Suriyadakı hərbi qüvvələrini çıxarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Hasan Öztürk deyib.

“Tramp səssizcə Amerikan qoşunlarını Suriyadan çıxararkən, İsrailin dövlət telekanalı “Kann”ın məlumatı Türkiyədə də rezonans doğurub. İsrail kanalının bildirdiyinə görə, Tramp minlərlə Amerika hərbçisini Suriyadan çıxaracağını İsrailə çatdırıb.

Tramp bu iddiaya belə cavab verib: “Bunu kimin dediyini bilmirəm, amma Suriya ilə bağlı qərar verəcəyik. Suriyaya müdaxilə etmirik. Suriyanın öz problemləri var. Onsuz da orada kifayət qədər xaos var, buna qarışmaq bizə lazım deyil”.

Yəni Amerika Suriyadan çəkilir. Artıq Amerika hərbçiləri Suriyadakı bazaları sürətlə boşaldırlar. Yerdəki faktiki proses Trampın bəyanatından əvvəl başlayıb. Bir neçə gün əvvəl Hasəkəyə gələn boş yük maşınları Amerika bazalarından hərbi texnikaları İraqa aparıblar. Dünən vertolyotlar Amerikanın Raqqa və Deyr əz-Zordakı bazalarına enərək, hərbçiləri götürüb geri qayıdıblar. İşlər belə davam edərsə, Tramp bir neçə həftədən sonra bəyan edəcək ki, artıq ABŞ-nin Suriyada hərbçiləri yoxdur”, - ekspert bildirib.

Öztürk bundan sonra Türkiyənin Suriyada PKK/PYD/YPG terror təşkilatına qarşı hərbi əməliyyatların başlayacağını istisna etməyib:

“Prezident Ərdoğanın dəfələrlə verdiyi “Terrorsuz Türkiyə” açıqlamaları, eləcə də xarici işlər naziri Hakan Fidan və MİT direktoru İbrahim Kalın tərəfindən yerdə həyata keçirilən diplomatik proses PYD/YPG-nin başına nə gələcəyi ilə bağlı ipucu verir. Üstəgəl, Suriyanın yeni Prezidenti Əhməd Şəranın “Bütün silahlı qruplaşmalar ləğv ediləcək” bəyanatı şübhəsiz ki, YPG/PKK-nın da taleyinə təsir edəcək”.

ABŞ və müttəfiqlərinin dəstəyi ilə Suriyanın şimalını işğal edən YPG/PKK üçün yolun sonu göründü. Ərdoğanın dəfələrlə “Ya silahlarını yerə qoyacaqlar, ya da silahları ilə birlikdə torpağa basdırılacaqlar” dediyi vaxt bitmək üzrədir.

Əsədin devrilməsindən və Şəranın Dəməşqdə iqtidarını möhkəmləndirməsindən bəri YPG/PKK-nın Fransa və İsrail də daxil olmaqla yeni himayədarları axtarışı nəticəsiz qalıb. İndi Trampın da mövqeyi bəlli oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 31 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri