Qazaxıstan 2030 cu ilədək qeyri xammal ixracını 52 milyard dollara çatdırmağı planlaşdırır
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 12 may, AZƏRTAC
Qazaxıstan Ticarət Siyasəti Konsepsiyası çərçivəsində 2030-cu ilədək qeyri-xammal ixracının həcmini 52 milyard dollara çatdırmağı hədəfləyir.
AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Oljas Bektenov ixrac kreditləri və investisiyaların sığortalanması üzrə ən böyük beynəlxalq birlik olan Bern İttifaqının plenar iclasında çıxışı zamanı deyib.
Oljas Bektenovun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, Qazaxıstana birbaşa xarici investisiyalar 14,4 faiz artaraq 20,5 milyard dollar təşkil edib, əsas kapitala yatırılan investisiyalar isə 13 faizlik artımla tarixi rekord həddə – 43,5 milyard dollara çatıb. Həmin dövrdə ölkənin xarici ticarət dövriyyəsi də artaraq 144 milyard dollara yüksəlib.
Qazaxıstan məhsulları dünyanın 127 ölkəsinə ixrac olunur, aktiv əmtəə mövqelərinin sayı isə 4 min ada yaxınlaşıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 12 May 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















