Icma.az
close
up
RU
Qazaxıstan Azərbaycan İşgüzar Şurası əməkdaşlığı aktivləşdirir

Qazaxıstan Azərbaycan İşgüzar Şurası əməkdaşlığı aktivləşdirir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının işçi görüşü keçirilib.

525.Z xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədri Dauren Bimov və Şuranın Azərbaycandan yeni təyin olunmuş həmsədri Emin Sadıq iştirak ediblər.

Görüşün əvvəlində O. Məmmədov İşgüzar Şurasının Azərbaycan tərəfindən olan yeni həmsədrini – tanınmış sahibkar Emin Sadıqı təqdim edib.
Səfir A. Bayel qeyd edib ki, ötən il Qazaxıstan tərəfindən olan həmsədri – Dauren Bimovun təyin olunması İşgüzar Şurasının fəaliyyətinə yeni impuls verilib. Belə ki, son bir il ərzində Şuranın koordinasiyası ilə Azərbaycana Qazaxıstandan 9 biznes nümayəndə heyəti səfər edib. Diplomat, Azərbaycandan yeni həmsədrin təyin olunması ilə bu strukturun işinin daha da aktivləşəcəyinə əmin olduğunu bildirib.

A.Bayel, həmçinin 2025-ci ilin ilk 4 ayı ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin 20% artmasını məmnuniyyətlə qeyd edib. Hazırda qarşılıqlı ticarət iki ölkə müstəqillik əldə etdikdən bəri rekord səviyyədədir. A. Bayel, xüsusilə Qazaxıstanın Azərbaycana taxıl tədarükündəki aparıcı roluna diqqət çəkib: " “Azərbaycanın ümumi idxalında Qazaxıstan buğdasının payı rekord göstərici – 88% təşkil edib”.
Tədbir çərçivəsində D.Bimov logistika, aqrar-sənaye kompleksi, energetika, ticarət, infrastrukturun inkişafı, restoran biznesi və rəqəmsallaşma sahələrində birgə Qazaxıstan-Azərbaycan layihələri üzrə bir sıra perspektivli təşəbbüslərin təqdimatı ilə çıxış edib.

Azərbaycan tərəfi öz növbəsində yerli istehlakçılar üçün Qazaxıstan buğdası və ununun üstünlüklərinə dair təhlilin nəticələrini təqdim edib. Qazaxıstan buğdasının yüksək keyfiyyəti və ölkədən sabit tədarükün təmin edilməsinin vacibliyi vurğulanıb.

A. Bayel qeyd edib ki, Qazaxıstan rəhbərliyi Azərbaycanla sənaye kooperasiyasının inkişafına xüsusi önəm verir.

O. Məmmədov isə Qazaxıstanla birgə layihələrin həyata keçirilməsində işin daha da aktivləşdirilməsinə hazır olduqlarını təsdiqləyib.

Görüşlərin yekununda iki ölkənin sahibkarları yaxın vaxtlarda Azərbaycana Qazaxıstan ununun yeni birgə brend adı altında ilk tədarükünü həyata keçirmək barədə razılığa gəliblər.


Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri