Qazaxıstan Baş naziri təyyarə qəzası ilə bağlı Tokayevə məruzə edib
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan Baş naziri Oljas Bektenov preizdent Qasım-Jomart Tokayevə Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı mövcud vəziyyət barədə məlumat verib.
Azpost.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısına Hökumət Komissiyası tərəfindən qəzanın səbəblərinin araşdırılması istiqamətində görülən işlər və xəsarət alanlara yardım göstərilməsi barədə məlumat verildi. Zərərçəkənlərə hərtərəfli dəstək vermək üçün hadisə yerində tədbirlər görülüb. Fövqəladə hallar səfərbər edilib, 430-dan çox canlı qüvvə və 80-ə yaxın texnika cəlb olunub. 29 nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə lazımi tibbi, psixoloji və digər yardımlar göstərilir. Xilasetmə əməliyyatları davam edir”, – məlumatda deyilir.
O da qeyd olunub ki, Azərbaycan hökuməti ilə birlikdə əcnəbi vətəndaşlara və həlak olan sərnişinlərin ailələrinə lazımi köməklik göstərilir.
Prezident Tokayev zərərçəkmiş vətəndaşlarla işin xüsusi nəzarətdə saxlanılması və qonşu dövlətlərin hökumətlərinə lazımi köməklik göstərilməsi ilə bağlı tapşırıq verib.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















