Icma.az
close
up
RU
Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astana, 11 may, AZƏRTAC

Qazaxıstan İndoneziyanın Mərkəzi Asiya, Avrasiya İqtisadi Birliyi, Qafqaz və Avropa da daxil olmaqla regional bazarlara çıxış qapısı ola bilər.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov və İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Airlanqqa Hartarto arasında keçirilən görüşdə məlumat verilib. Bu görüşdə Astananın əlverişli investisiya mühiti vurğulanıb.

Görüş zamanı tərəflər nəqliyyat və logistika marşrutlarının inkişafı, Qazaxıstanın tranzit potensialından və beynəlxalq nəqliyyat dəhlizi infrastrukturundan istifadə imkanlarını müzakirə ediblər.

İki ölkə arasında ikitərəfli ticarət ötən il 244,7 milyon dollar, bu ilin yanvar-mart ayları arasında isə 31,5 milyon dollar təşkil edib. Qazaxıstanın əsas ixrac sahələri metallurgiya və kimya məhsulları, İndoneziyanın isə elektronika və tekstil məhsullarından ibarətdir.

O. Bektenov vurğulayıb ki, Astana Cakarta ilə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsində maraqlıdır.

Öz növbəsində, A. Hartarto İndoneziyanın tərəfdaşlığı, işgüzar əlaqələri genişləndirməyə və perspektivli sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Görüş zamanı enerji, sənaye, kənd təsərrüfatı və qida emalı, tekstil, İslam bankçılığı, rəqəmsal iqtisadiyyat, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi potensialı da qeyd edilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri