Icma.az
close
up
RU
“Zelenskinin Bakı təklifi: Azərbaycan sülh platformasına çevrilə bilər” Deputat

“Zelenskinin Bakı təklifi: Azərbaycan sülh platformasına çevrilə bilər” Deputat

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan–Ukrayna əməkdaşlığının dərinləşməsi qlobal təhlükəsizliyə və sülhə yeni imkanlar aça bilər…

2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə Qəbələdə keçirilən görüşlər iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirmək baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər sıradan diplomatik hadisə deyil. Xüsusilə, Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və qlobal nizamın yenidən formalaşdırılmağa başlandığı bir dövrdə Ukrayna Prezidentinin Azərbaycana səfəri, imzalanan sənədlər və verilən bəyanatlar həm geosiyasi gündəmdə, həm də ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Bu dinamikanın əsas hərəkətverici qüvvəsi isə, şübhəsiz ki, Azərbaycandır. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı və konkret nəticələrin əldə olunması Azərbaycanın ardıcıl siyasəti və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olub.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, 2022-ci ilin yanvarında dövlət başçısının Kiyevə rəsmi səfəri, 25 aprel 2026-cı ildə Zelenskinin ölkəmizə səfəri Azərbaycan–Ukrayna münasibətlərinin intensiv və sistemli xarakter aldığını nümayiş etdirir.

Rusiya-Ukrayna müharibəsi başlayanda bir çox postsovet ölkələrindən fərqli olaraq Azərbaycan qaçıb gizlənmədi, yumşaq desək, passiv və gözləmə mövqe tutmadı. Əksinə, uzun illər müdafiə etdiyi beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəklədi. İşğalın və humanitar fəlakətin nə demək olduğunu öz təcrübəsindən bilən Azərbaycan dövləti Ukrayna xalqına, müharibədən zərər çəkən mülki əhaliyə genişmiqyaslı humanitar yardım göstərdi, ukraynalı uşaqları Bakıya gətirərək onların reabilitasiyasını təşkil etdi. Bununla da, ölkəmiz həm prinsipial mövqeyini qorudu, həm də beynəlxalq arenada müstəqil və etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi və “orta güc” statusunu praktik şəkildə təsdiqlədi. Baxmayaraq ki, 90-cı illərdə bizim xalqımız humanitar fəlakətlə və təcavüzlə qarşılaşanda bizə heç kim, o cümlədən Ukrayna bu cür hərtərəfli dəstək göstərmədi.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycan yeganə dövlətdir ki, hazırda dünyanın bir nömrəli siyasi və təhlükəsizlik gündəmini zəbt edən bütün ölkələrlə – ABŞ, İsrail, Rusiya, İran və Ukrayna ilə əlaqələrini elə unikal formada qurub ki, həmin ölkələrlə münasibətdə həm milli maraqlarını ən yüksək səviyyədə təmin edir, həm də bir-birinə düşmən ölkələr arasında açıq tərəf tutmadan öz müstəqilliyini və dəyərlərinin qoruya bilir. Bir daha təkrar edirəm, dünyada ikinci belə bir ölkə yoxdur. Bu isə müasir beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən unikal nailiyyətdir.

Zelenskinin Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyətini qeyd etməklə yanaşı bu səfərin iki mühüm nəticəsinə toxunmaq istərdim.

Birincisi, Azərbaycan və Ukrayna arasında hərbi və müdafiə sahəsində yeni əməkdaşlıq mərhələsinin başlanmasıdır. Söhbət müasir müharibə təcrübəsinə malik iki ölkədən gedir. Biri dünyada ilk dəfə dron müharibəsini başlayan və yeni müharibə standartıni tətbiq etməklə Rusiyanın və İranın Ermənistana yardım etməsinə baxmayaraq cəmi 44 günə ərazilərini işğaldan azad edən Azərbayacan, digəri isə 4 ildir dünyanın ikinci hərbi gücü, Rusiyanın təcavüzünü, dron və raket hücumlarını dəf etməklə güclü müdafiə təcrübəsi toplamış, dronlara qarşı effektiv mübabizə sistemi yarada bilmiş Ukrayna. Demək ki, hər iki ölkənin hərbi təcrübəsi və birgə əməkdaşlığı müdafiə sənayesində çox böyük yeniliklərin yaranmasına səbəb ola və gələcəkdə işağala və təvavüzə məruz qalan ölkələrin etibarlı müdafiəsinə, bütövlükdə dünyanın təhlükəsziliyinə ciddi töhvə vermiş olar.

İkincisi, Azərbaycan Rusiya Ukrayna mühasribəsinin başa çatmasında və ya tökülən qanın uzunmüddət durdurulmasında vasitəçi ola, sülh üçün platforma rolunu oynaya bilər. Prezident Zelenskinin Qəbələdə “Moskva istəsə Ukrayna-Rusiya danışıqları Bakıda keçirilə bilər və biz buna hazırıq” deməsi bu məsələni real ola biləcəyini açıq işarədir. Çünki, son 4 ildə bir çox ölkələr danışıqlara ev sahibliyi etsələr də ciddi nəticələr əldə edilmədi, bir çox ölkələrin isə vasitıçilik təklifləri tərfələrin biri tərəfindən qəbul olmadı. Azərbaycanın indiyə qədər olan danışıqlar platformasından daha effektiv və nəticə yönümlü məkan olması mümkündür. Ona görə ki, Prezident İlham Əliyev indiyə kimi danışıqlara ev sahibliyi etmiş liderlərdən fərqli olaraq təkcə Putinin və Zelenskinin anladığı dildə səlist danışmır, həm də onların “dilini” çox yaxşı bilir. Bu baxımdan əgər Azərbaycan danışıqlar üçün məkan seçilərsə, Prezident İlham Əliyev Trampdan fərqli olaraq tərəflərin hər hansı birini şantaj və ya qorxutmaqla yox, bu dildən necə məharətlə istifadə edib müəyyən anlaşmaya vara biləcək ən doğru və ən real liderdir.

Yeri gəlmişkən, aprelin 23-də ATƏT PA-nın nümayəndə heyəti olaraq Astanada Prezident Tokayevlə bir çox məsələlərlə yanaşı Rusiya-Ukrayna müharibəsinin həlli perspektivləri də müzakirə olundu. Müzakirələrin detallarına varmadan deyə bilərəm ki, bu gün dünyada heç kim bu müharibədə vasitəçilik missiyasını üzərinə götürməyə risk etmir, məsələnin qəlizliyi və tərəflərin mövqelərindən geri çəkilməmək istəyi və bir də beynəlxalq hüququn qorunmasının vacibliyi məsələni xeyli mürəkkəbləşdir. Məhz buna görə də bu gün yalnız hərbi yollarla həlli mümkün görünməyən bu münaqişənin diplomatik vasitələrlə, xüsusilə vasitəçilik mexanizmləri ilə çözülməsi bir çoxları tərəfindən ‘möcüzə’ kimi dəyərləndirilir.”

Ancaq Azərbaycan indiyə kimi həlli “möcüzə” kimi görsənən 200 illik Qarabağ məsələsini həll edə bildisə, niyə hər iki ölkə ilə qurduğu etibarlə əlaqələrdən istifadə edərək Rusiya-Ukrayna “möcüzə”sini reallığa çevirməsin? Əminəm ki, tərəflərin belə bir istəyi olsa, İlham Əliyevin nüfuzu və diplomatik məharəti öz sözünü deyəcək. Yaxın günlərdə maraqlı hadisələrin olacağını düşünürəm.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Aprel 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri