Icma.az
close
up
RU
Qazaxıstan lideri Qafqazda sülhü alqışlayır

Qazaxıstan lideri Qafqazda sülhü alqışlayır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

O, sivilizasiyaların üz-üzə gəlməsini alın yazısı deyil, seçim hesab edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 24-də BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışında Ermənistan–Azərbaycan münasibətləri barədə də danışıb. O deyib: “Biz həmçinin ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq. Bu onu göstərir ki, hətta uzun müddətdir davam edən münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilə bilər. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq eskalasiya əvəzinə diplomatiyanın, güc əvəzinə dialoqun tərəfdarıdır. Mövcud geosiyasi gərginlik bəzən bəzi liderləri sivilizasiyaların toqquşmasının qaçılmaz olduğunu iddia etməyə sövq edir. Lakin bu yanaşma nə alın yazısı, nə də taledir. Bu, siyasi seçimdir”.

Əlbəttə, təkcə cənab Tokayevin sözləri deyil, bəşəriyyətin minilliklərə söykənən təcrübəsi sübut edib ki, müharibələr nə qədər uzun sürsə də, sonda danışıqlar masası ətrafında bitir. Tarixdə istər qədim Çin filosoflarının, istərsə də yunan müdriklərinin, orta əsrlərin böyük dövlət adamlarının fikirlərinə nəzər salsaq, bir ortaq məxrəcə gəlmək olar: müdriklik hər zaman silahı kənara qoyub, sözə və anlaşmaya üstünlük verməkdir. Ən böyük imperiyaların süqutu, saysız-hesabsız qırğınların acı nəticələri insanlara göstərib ki, zorakılıq nə ədalət, nə də davamlı inkişaf gətirir. Əksinə, əməkdaşlıq, qarşılıqlı etimad və dialoq hər zaman davamlı və dayanıqlı sülhün açarı olub.

Bu prinsipin aktuallığı müasir beynəlxalq münasibətlər sistemində də hər gün özünü təsdiqləyir. Böyük münaqişələrin, dərin böhranların həlli yalnız güclərin toqquşması ilə deyil, qarşılıqlı kompromislərlə mümkündür. Bu baxımdan diplomatiyanın qiyməti daha da artır. 80 il öncə BMT də, onun Baş Assambleyası da elə buna görə – dövlətlərin ən yüksək səviyyədə fikir mübadiləsi aparması, ortaq mövqelər tapması üçün formalaşıb.

BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Qazaxıstan Prezidenti məhz bu mühüm ideyanı bir daha gündəmə gətirdi. Onun səsləndirdiyi fikirlər təkcə Qazaxıstanın deyil, bütün regionun və hətta qlobal miqyasda maraqlı tərəflərin diqqətinə çatdırılan siyasi mesajdır. Qazaxıstan lideri çıxışında Ermənistan–Azərbaycan münasibətlərinə toxunaraq ABŞ Prezidentinin vasitəçiliyi ilə aparılan dialoqu alqışladı. Bu məqam xüsusilə diqqətəlayiqdir. Çünki Qazaxıstan postsovet məkanında neytral və balanslı siyasət yürütməyə çalışan ölkə kimi münaqişələrin zorla deyil, diplomatiya ilə həll olunmasını ardıcıl şəkildə vurğulayır.

Tokayevin sözlərindən belə nəticə çıxır ki, Ermənistan–Azərbaycan qarşıdurması artıq tarixi mərhələsini başa vurur və yeni reallıq formalaşır. Bu reallığın əsasında isə güc deyil, sağlam düşüncə dayanmalıdır. Qazaxıstan Prezidenti açıq şəkildə göstərdi ki, diplomatiya yalnız gözəl ideal deyil, həm də praktik nəticə verən mexanizmdir. Onun “hətta uzun müddətdir davam edən münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilə bilər” fikri konkret olaraq Cənubi Qafqazda baş verən proseslərə işarədir.

Əslində, 30 ildən çox davam edən Ermənistan–Azərbaycan münaqişəsinin gedişatına nəzər saldıqda bu reallıq özünü açıq göstərir. Müharibələrin gətirdiyi dağıntılar, minlərlə insanın həyatını itirməsi, yüz minlərlə insanın köçkün düşməsi – bütün bunlar zorakı yanaşmanın çıxış yolu olmadığını bir daha sübut etdi. Lakin Azərbaycanın güc tətbiqi ilə öz ərazi bütövlüyünü bərpa etməsi də yeni mərhələdə sülhün əsası kimi çıxış edir. Yəni, münaqişənin hərbi mərhələsi başa çatdıqdan sonra danışıqların məntiqi zərurətə çevrilməsi məhz Tokayevin vurğuladığı “siyasi seçim”dir.

K.Tokayevin çıxışı gəlişigözəl söz yığını deyil, Qazaxıstanın xarici siyasət kursunun davamıdır. Qazaxıstan uzun illər müxtəlif regionlarda vasitəçilik missiyaları həyata keçirib. Məsələn, Astana prosesi çərçivəsində Suriyadakı böhranla bağlı danışıqlara ev sahibliyi etməsi, nüvə silahlarından imtina edən ilk postsovet ölkəsi kimi nümunə göstərməsi Qazaxıstanın diplomatiyaya verdiyi önəmin göstəricisidir. Bu kontekstdə Tokayevin Ermənistan–Azərbaycan məsələsində də diplomatiyanı əsas çıxış yolu kimi göstərməsi təəccüblü deyil. Onun “eskalasiya əvəzinə diplomatiyanın, güc əvəzinə dialoqun tərəfdarıyıq” fikri, əslində, bütün regiona ünvanlanmış çağırışdır. Çünki Cənubi Qafqaz yalnız Bakı və İrəvan üçün deyil, həm də Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Burada yaranacaq sabitlik Qazaxıstanın Avropa ilə ticarət yollarına çıxışı, enerji layihələrinin təhlükəsizliyi və regional əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir.

Qazaxıstan liderinin çıxışında mühüm bir tezis də var. O bildirir ki, sivilizasiyaların toqquşması alın yazısı və ya tale deyil, bu, siyasi seçimdir”. Bu fikir, əslində, “sivilizasiyaların toqquşması” nəzəriyyəsini müdafiə edənlərin arqumentlərinə cavabdır. Tokayev göstərir ki, toqquşma qaçılmaz deyil. Əksinə, siyasi iradə, düzgün seçim, liderlərin məsuliyyəti bəşəriyyətin gələcəyini müəyyənləşdirir. Bu yanaşma hazırkı qlobal şəraitdə xüsusilə dəyərlidir. Çünki beynəlxalq sistem parçalanma və qarşıdurma tendensiyalarından əziyyət çəkir. ABŞ–Çin rəqabəti, Rusiya–Qərb gərginliyi, Yaxın Şərqdəki böhranlar və digər regional münaqişələr göstərir ki, dialoqun alternativi yoxdur. Tokayevin mesajı belə situasiyada beynəlxalq ictimaiyyət üçün xəbərdarlıq rolunu oynayır: liderlərin seçimləri xalqların taleyini müəyyənləşdirir.

Tokayevin BMT tribunasından səsləndirdiyi fikirlər, sadəcə, diplomatik ritorika deyil, həm də müasir dünyanın inkişaf yoluna dair strateji yanaşmadır. Onun Ermənistan–Azərbaycan münasibətləri kontekstində dediyi fikirlər həm regionun reallıqlarına uyğun gəlir, həm də qlobal miqyasda qəbul olunan prinsiplərlə üst-üstə düşür. Tarix dəfələrlə sübut edib ki, zorla əldə olunan qələbə dayanıqlı olmur. Əsl dayanıqlılıq yalnız dialoq və əməkdaşlıq üzərində qurulur. Qazaxıstan Prezidenti məhz bu həqiqəti bir daha xatırladaraq göstərdi ki, sülh, diplomatiya və sağlam düşüncə hər zaman qalib gələcək. Bu, yalnız Qafqaz və Mərkəzi Asiya üçün deyil, bütün bəşəriyyət üçün strateji seçimdir.

“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Qazaxıstan Prezidenti bununla diplomatiya yolunun güc metodundan daha yaxşı işlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanmasında ABŞ Prezidenti Donald Trampın böyük rolu olub: “Trampın səyləri danışıqlar yolunun güc tətbiq etməkdən daha yaxşı üsul olduğunun bariz nümunəsidir. Bu o deməkdir ki, diplomatiya yolu güc yolundan daha perspektivlidir”.

Politoloq qeyd etdi ki, digər istiqamət Qazaxıstan Prezidentinin fikirləri rəsmi Astananın çoxvektorlu siyasətə qədəm qoyduğunu göstərir: “Çünki Qazaxıstan bu gün Rusiyanın təsir dairəsi altında olmadığını nümayiş etdirir. Çoxvektorlu siyasətdə isə təkcə ABŞ-la deyil, Avropa İttifaqı ilə də işləməyi əsas hədəf seçdiyinin ismarıcıdır. Digər tərəfdən bu çıxış türk dünyası ilə bağlı mesajları özündə ehtiva edir”.

R.Məmmədova onu da bildirdi ki, Tokayevin bu fikirləri diplomatiya yolundan uzaqlaşaraq güc metoduna üstünlük verən bir sıra ölkələrə, o cümlədən Rusiyaya mesajdır: “Qazaxıstan Prezidentinin BMT Baş Assambleyasında səsləndirdiyi fikirlər yalnız Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı deyil, həm də daha geniş geosiyasi kontekstdə, xüsusilə Rusiyaya ünvanlanan mesaj kimi oxuna bilər”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri