Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Qazaxıstan Vaşinqton razılaşmasını alqışlayır

Qazaxıstan Vaşinqton razılaşmasını alqışlayır

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kasım-Jomart Tokayev ölkədaxili islahatların anonsunu etməklə yanaşı, geosiyasi proseslərdən də geniş bəhs edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 8-də xalqa müraciət edib. O, müraciətində bir çox məsələlərə toxunub. Tokayev bildirib ki, dünya yeni tarixi dövrə qədəm qoyub və bu, təbii ki, bütün bəşəriyyət üçün asan olmayacaq. Onun sözlərinə görə, qlobal güclərlə dövlətlərarası birliklər arasında qarşılıqlı ziddiyyətlər getdikcə artır. Beynəlxalq münasibətlərdə gərginliyin və təcavüzün artması ilə əlaqədar müharibə və münaqişələrin sayı da çoxalır: “Bəzi ölkələrin daxili və xarici siyasətində ifrat millətçilik meyilləri güclənir. Qlobal iqtisadi inkişafda qeyri-mütənasiblik və qeyri-bərabərlik artır: bəzi dövlətlər getdikcə geriləyir, digərləri isə süni intellekt sahəsində görkəmli irəliləyişlərə nail olur”.

Qazaxıstan dövlətinin başçısı qeyd edib ki, beynəlxalq hüququn aşınması getdikcə daha çox nəzərə çarpır, dövrümüzün əsas problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının rolu və statusu zəifləyir: “Milli iqtisadiyyatlar üçün böyük itkilərlə nəticələnən ekoloji və texnogen fəlakətlər də tez-tez baş verir. Qərbin multikulturalizm, millətlərarası və dinlərarası harmoniya anlayışı böhran yaşayır. Qlobalist destruktiv qüvvələrin təsiri altında milli mədəniyyətlərin və adət-ənənələrin təməlləri sarsılır. Miqrasiya böhranı güclənir, silah və narkotiklərin qaçaqmalçılığı, insan alveri halları artır”. O əlavə edib ki, süni intellekt əsasında fəaliyyət göstərən son dərəcə təhlükəli silahlardan istifadə ilə bağlı vasitələr də daxil olmaqla, insanların təhlükəsizliyinə təhdidlərin tamamilə yeni növləri yaranıb: “Geosiyasi paradiqmada əsaslı dəyişikliyə dəlalət edən başqa amillər də var. Başqa sözlə, yeni dünya nizamı gəlir”.

Tokayev, həmçinin ilin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərinin olacağını, eləcə də Azərbaycan, Ermənistan, Türkmənistan liderlərinin Astanaya səfərlərinə hazırlıq getdiyini diqqətə çatdırıb. O deyib ki, möhkəm sülh və ümumbəşəri tərəqqi naminə kompromislər axtarmaq lazımdır, “pis sülh yaxşı mübahisədən yaxşıdır”: “Buna görə də Qazaxıstan Alyaskada keçirilən Rusiya-Amerika sammitinin nəticələrini, həmçinin Prezident Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayıb”.

Trans-Xəzər nəqliyyat marşrutu inkişaf etdirilməlidir

Tokayev, nəqliyyat və logistika sektorunun daha da inkişaf etdirmək zərurətini də vurğulayaraq  deyib ki, Qazaxıstan Avropa ilə Asiya arasında ən mühüm bağdır. Belə ki, ötən il ölkə ərazisi vasitəsilə yükdaşımaların həcmi 1 milyard tonu ötüb. Onun sözlərinə görə, ölkənin tranzit potensialının genişləndirilməsi üçün əhəmiyyətli ehtiyatlar da var. “Şimal-Cənub dəhlizi Fars körfəzi və Cənubi Asiya bazarlarına birbaşa çıxış açır. Şərq-Qərb dəhlizi və Çinin “Bir kəmər, bir yol” qlobal təşəbbüsü Qazaxıstanın Avrasiyanın əsas quru körpüsü kimi rolunu gücləndirir”, -deyən dövlət başçısı əlavə edib ki, Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün də böyük əhəmiyyətə malikdir. Qazaxıstanın dövlət başçısı qeyd edib: “Bütün bu marşrutlar vahid sistem kimi işləməli, ölkəmizə maddi gəlir və infrastruktura yeni investisiyalar gətirməli, keyfiyyətli iş yerləri yaratmalıdır. Rəqəmsal həllər geniş şəkildə tətbiq edilməlidir, onlar olmadan heç bir səmərəlilik əldə edilə bilməz. İlk növbədə, regional nəqliyyat əlaqəsi məsələlərini həll etmək lazımdır. Böyük tranzit ərazisi kimi Qazaxıstan üçün bu istiqamət xüsusi əhəmiyyət daşıyır”.

Tokayev Qazaxıstanda süni intellekt nazirliyinin də yaradılacağını və bu quruma Baş nazirin müavini səviyyəsində mütəxəssisin rəhbərlik etməli olduğunu deyib. Onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələrini modernləşdirmək üçün hökumət süni intellektin kütləvi tətbiqini həyata keçirməlidir: “Genişmiqyaslı rəqəmsallaşmaya və süni intellekt texnologiyalarının fəal tətbiqinə əsaslanaraq, biz iqtisadiyyatı modernləşdirməliyik. İlk addım olaraq, Rəqəmsal Məcəllənin qəbulunu sürətləndirməliyik”.

Bundan başqa, Qazaxıstan Prezidenti ölkədə birpalatalı parlament yaradılmasını təklif edib. Dövlət başçısının sözlərinə görə, bu, çox ciddi məsələdir və onun həllində tələskənlik tamamilə yersizdir. Bu islahat vətəndaş cəmiyyətində və hazırkı parlamentdə hərtərəfli müzakirə obyekti olmalıdır. “Hesab edirəm ki, islahatların fövqəladə xarakterini nəzərə alaraq, müzakirələr ən azı bir il çəkəcək, ondan sonra, 2027-ci ildə ümumxalq səsverməsi keçirilə, daha sonra isə Konstitusiyaya lazımi dəyişikliklər edilə bilər. Mən dəfələrlə demişəm ki, dövlət üçün mühüm əhəmiyyət kəsb edən bütün məsələlər yalnız xalqın razılığı ilə həll olunacaq. Əgər hamımız birpalatalı parlamentin yaradılması ilə bağlı qərara gəlsək, onda zənnimcə, belə bir parlamenti yalnız partiya siyahıları əsasında seçmək lazımdır,-deyə Tokayev vurğulayıb.

Tokayev Xəzər dənizinin problemindən danışıb

Bundan əlavə, Tokayev Xəzər dənizinin problemlərindən də bəhs edərək deyib ki, Qazaxıstan Aral dənizi faciəsindən ciddi dərslər çıxarıb və 20 ildən artıqdır ki, onun bərpası üzərində sistemli şəkildə işləyir. Bunun sayəsində Şimali Aralı qorumaq mümkün olub. O vurğulayıb: “Su anbarının sahəsi 36 fiaz, suyun həcmi isə demək olar ki, iki dəfə artıb ki, bunun da nəticəsində minerallaşma göstəricisi iki dəfə azalıb. Lakin Aral dənizində suyun səviyyəsinin artırılması istiqamətində işlər fəal şəkildə davam etdirilməlidir”.

Prezidentin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi vətəndaşları narahat edir: “Müvafiq tədbirlər görülməzsə, vəziyyət daha da ağırlaşa, irimiqyaslı ekoloji fəlakətə gətirib çıxara bilər”. Hökumət Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə dövlətlərarası proqramın işlənib hazırlanmasına başlamalı, onu tərəfdaşlarla razılaşdırmalıdır. Ümumiyyətlə, bizim uşaqlarımızın və nəvələrimizin taleyi bilavasitə bu gün su sahəsinin problemlərini necə müdrikliklə həll etməyimizdən asılıdır”.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri