Icma.az
close
up
RU
Qazaxıstan paytaxtında “Astana Finance Days 2025” forumu keçiriləcək

Qazaxıstan paytaxtında “Astana Finance Days 2025” forumu keçiriləcək

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 25 avqust, AZƏRTAC

Sentyabrın 4-5-də Qazaxıstan paytaxtında “Astana International Forum”un dəstəyi ilə ilin ən mühüm maliyyə tədbirlərindən biri - “Astana Finance Days 2025” forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, builki tədbir “Kapitalın gələcəyi formalaşdırması” mövzusunda təşkil ediləcək.

Bu mövzu kapital sözünün ikili mənası üzərində qurulub: bir tərəfdən, Astana Qazaxıstanın paytaxtı və Şərqlə Qərbi birləşdirən sürətlə inkişaf edən maliyyə mərkəzidir, digər tərəfdən isə kapital dayanıqlı inkişafın hərəkətverici qüvvəsidir.

Kapital uğrunda qlobal rəqabət dövründə bu resurslardan səmərəli istifadə iqlim dəyişikliyindən iqtisadi inkişafın və texnoloji tərəqqinin stimullaşdırılmasına qədər dövrün çağırışlarının öhdəsindən gəlməyin açarına çevrilir.

Bu il “Astana Finance Days”in 70-dən çox ölkədən 5 mindən çox iştirakçını - brokerlər, bankirlər, investorlar və innovatorlar da daxil olmaqla maliyyə və texnologiya sektorunun nümayəndələrini, habelə dövlət və qeyri-hökumət sektorlarının nümayəndələrini bir araya gətirəcəyi gözlənilir.

2025-ci il forumunun üç tematik sahəsi olacaq: maliyyə, infrastruktur və institusional kapital. Bu, müxtəlif mövzuları əhatə etməyə imkan verəcək. Natiqlər maliyyə, fintech və davamlı inkişafda mövcud tendensiyalar, tənzimləmədə dəyişikliklər və yeni maliyyə məhsulları – ənənəvi portfel investisiyalarından kriptovalyutalara qədər məsələləri müzakirə edəcəklər.

Forumun əsas yeniliklərindən biri tanınmış futuroloq, sahibkar və “Bank 4.0: Yeni maliyyə reallığı”, “Texnososializm. Bərabərsizlik, süni intellekt və iqlim dəyişikliyi yeni dünya nizamını necə yaradır”, “Tamamlanmış reallıq əsri” və sair qlobal bestsellerlərin müəllifi Brett Kinq olacaq.

Çıxış edənlər arasında, həmçinin RAKURS İqtisadi Təhlil Mərkəzinin direktoru Oraz Jandosov, “Freedom Holding Corp”un baş icraçı direktoru Timur Turlov, “Teniz Capital” İnvestisiya Bankının Direktorlar Şurasının üzvü Qalim Xusainov, “Brookfield”də idarəedici partnyor və onun Yaxın Şərq üzrə rəhbəri Cad Elloun və özəl biznes, dövlət qurumları və özəl şirkətlərin digər rəhbərləri iştirak edəcəklər.

Builki forumun özəlliyi Astana Maliyyə Günlərinin vahid sərgi platforması olan AFD Sərgi Mərkəzi olacaq. O, kapital bazarlarında və rəqəmsal innovasiyalarda fəaliyyət göstərən şirkətləri bir araya gətirəcək və həllərin nümayişi, bazarda yerləşdirmənin təkmilləşdirilməsi və strateji tərəfdaşlarla birbaşa əlaqələrin qurulması üçün platforma təmin edəcək.

Forumun təşkilatçısı Qlobal Maliyyə Mərkəzləri İndeksinə görə Şərqi Avropa və Mərkəzi Asiya regionunda 1 nömrəli maliyyə mərkəzi olan Astana Beynəlxalq Maliyyə Mərkəzidir. “Astana Finance Days 2025” qızıl tərəfdaşlarının dəstəyi ilə keçiriləcək: “Freedom Broker” və “KAZ Minerals”. Gümüş tərəfdaşlar qismində “Solidcore Resources”, ITS and “MYD Production”, bürünc tərəfdaşlar kimi ERG, LMAX Group, “Teniz Capital Investment Banking” çıxış edəcəklər. Forumun sənaye tərəfdaşı “Allur” və digər şirkətlərdir.

Tədbirin informasiya tərəfdaşları arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də var. Astana Maliyyə Günləri proqramı haqqında ətraflı məlumat əldə edə və onun linkindən qeydiyyatdan keçə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see229

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see200

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see135

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri