Icma.az
close
up
RU
“Astana Finance Days 2025” forumunda 1,5 trilyon dollarlıq aktivləri idarə edən şirkətlər təmsil olunur

“Astana Finance Days 2025” forumunda 1,5 trilyon dollarlıq aktivləri idarə edən şirkətlər təmsil olunur

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 4-5-də Astana Beynəlxalq Maliyyə Mərkəzində “Astana International Forum”un dəstəyi ilə “Kapitalın gələcəyinin formalaşdırdığı məkan” adlı VIII “Astana Finance Days” forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumun ilk günündə qonaqları Qazaxıstanın inkişafı və unikallığı ilə tanış edən açılış mərasimi olub.

AIFC-nin qubernatoru Renat Bekturovun sözlərinə görə, illik “Astana Finance Days” forumu Avrasiyada müasir tendensiyaların və çağırışların müzakirəsi, habelə onların həlli yollarının tapılması üçün unikal platforma imicini qazanıb. O əlavə edib: “AFD yeni tərəfdaşlıqlar qurulması və bazar üçün vacib xəbərlərin elan edilməsi üçün platforma kimi fəaliyyətini davam etdirir”.

Öz növbəsində, məşhur futuroloq Brett Kinq qeyd edib ki, dünya süni intellektin yaranmasından tutmuş iqlim faktorlarının təsirinə qədər nəhəng dəyişikliklər dövrünü yaşayır. O vurğulayıb: “Ancaq bu gün qlobal bank sektoru rəqəmsal texnologiyalar sayəsində dərin transformasiyadan keçir: fintexin artıq ənənəvi banklarla müqayisədə 50% daha çox müştərisi var”.

Bu il tədbirdə ümumi həcmi 1,5 trilyon dollar olan aktivləri idarə edən şirkətlərin nümayəndələri iştirak edir ki, bu da tədbirin maliyyə institutları, biznes ictimaiyyəti, dövlət qurumları, Qazaxıstan və bütün Avrasiya regionunun ekspertləri arasında görüşlər, əməliyyatlar və dialoq üçün ən böyük platforma kimi mühüm rolunu əks etdirir.

Eyni zamanda, AIFC-nin unikal korporativ muzeyi - “Etimad Muzeyi” öz qapılarını forumun bütün qonaqlarının üzünə açır.

Bundan əlavə, 2024-cü ildə yaradılmış və AIFC-də daimi katibliyi olan Türk Yaşıl Maliyyə Şurasının ilk iclası “Astana Finance Days - 2025” forumu çərçivəsində keçiriləcək.

İclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin maliyyə tənzimləyici orqanlarının, iqtisadi-maliyyə qurumlarının, birjalarının rəhbərləri və nümayəndələri iştirak edirlər. Tədbirdən sonra tərəflərin davamlı yaşıl inkişafa, iqlim dəyişikliyinə uyğunlaşmaya və ətraf mühitin mühafizəsinə sadiqliklərini təsdiqləyən birgə Kommünike imzalanacaq.

Builki forumun özəlliyi “Astana Finance Days” tədbirinin vahid sərgi platforması olan AFD Sərgi Mərkəzi olacaq. O, kapital və rəqəmsal innovasiya bazarlarında fəaliyyət göstərən şirkətləri bir araya gətirəcək və həll yollarını nümayiş etdirmək, bazarda yerləşməni təkmilləşdirmək, strateji tərəfdaşlarla birbaşa əlaqələr yaratmaq üçün məkan təmin edəcək.

Tədbirin informasiya tərəfdaşları arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da var.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri