Icma.az
close
up
RU
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Azərbaycanın xarici işlər nazirini qəbul edib

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Azərbaycanın xarici işlər nazirini qəbul edib

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində martın 11-də Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov ötən ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar göstərilən operativ və hərtərəfli dəstəyə görə Qazaxıstanın dövlət başçısına minnətdarlığını ifadə edib.

Xalqlarımız arasında tarixi qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlıqları, eləcə də dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq, səmimi münasibətlər fonunda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq əlaqələrinin nümunəvi xarakter daşıdığı bildirilib.

Ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət-investisiya, sənaye-texnologiya, nəqliyyat-kommunikasiya, mədəniyyət-humanitar, elm-təhsil və digər sahələr üzrə zəngin əməkdaşlığın yeni hərəkətverici elementlərlə daha da intensivlik qazanmasının əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək, həmrəylik və birgə təşəbbüslərə əsaslanan əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.

Ötən ilin noyabrında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qazaxıstan dövlət başçısının iştirakına görə təşəkkür ifadə olunub, rəsmi Astananın ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulması yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də postmünaqişə dövründə regional vəziyyət və son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri