Qazaxıstan rekord göydələnlər ölkəsinə çevrilir
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Qazaxıstan ərazisində tikilməsi planlaşdırılan "Iconic Towers" kompleksinin konsept layihəsi təqdim olunub. Bu layihə "Skidmore", "Owings & Merrill" tərəfindən hazırlanıb. Tenderdə dünya şöhrətli memarı təmsil edən "Zaha Hadid Architects" şirkəti də iştirak edib.
Reyting.az-ın məlumatına görə, yeni kompleksin Alatau şəhərində, həmçinin "Alatau City" adlanan ərazidə inşa edilməsi nəzərdə tutulur.
Yeni bina 272 metr və 110 metr hündürlüyündə iki qüllədən ibarət olacaq. Layihə Almatıdakı məşhur, 162 metrlik "Esentai Tower" göydələnin rekordunu geridə qoyacaq.
Ümumi sahəsi 276,8 min kvadratmetr olan kompleksdə ofislər, otel və mənzillər yerləşəcək.
Qüllələrin əsas hissəsində mədəniyyət, o cümlədən istirahət məkanları ilə yanaşı, 58 min kvadratmetrlik böyük ticarət-əyləncə mərkəzini birləşdirən üçmərtəbəli podium da nəzərdə tutulur.
Qazaxıstan mətbuatı yazır ki, göydələnin tikintisinə bu il başlanması, layihənin isə 2029-cu ildə tamamlanması planlaşdırılır.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 17 Fevral 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















