Qazaxıstan və BƏƏ Astana hava limanının inkişafını maliyyələşdirəcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 14 may, AZƏRTAC
Qazaxıstan Nəqliyyat Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Terminals Holding” şirkətinə daxil olan “Terminals Astana Airport Limited” şirkəti Astana hava limanının və ona bitişik ərazinin kompleks inkişafına yönəlmiş uzunmüddətli investisiya sazişi imzalayıb.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumi investisiya məbləği 1,1 milyard ABŞ dolları təşkil edəcək.
Sazişin icrası çərçivəsində investor ikinci uçuş-enmə zolağı, üçüncü sərnişin terminalı, həmçinin yük daşımaları üçün nəzərdə tutulan yük terminalı inşa edəcək.
Bundan əlavə, investor sənaye-logistika zonası və mehmanxanalar, ticarət sahələri və logistik terminallar daxil olmaqla biznes klasterdən ibarət çoxfunksiyalı kompleksin inkişafını da planlaşdırır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 May 2025 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















