Qazaxıstan və Çin birgə neft kəşfiyyatı və hasilatı barədə müqavilə imzalayıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın Energetika Nazirliyi “KazMunayQaz” (KMG) dövlət holdinqi Çinin “CNOOC Hong Kong Holding Ltd” (CNOOC) şirkəti ilə birgə Xəzər dənizinin şimal-şərq hissəsində karbohidrogenlərin kəşfiyyatı və hasilatı üzrə müqavilə imzalayıb. Bu barədə “KazMunayQaz” holdinqinin mətbuat xidməti məlumat yayıb.
KMG-nin bəyanatında deyilir ki, tərəfdaşlıq CNOOC-un kəşfiyyat dövrü üçün maliyyə təmin etməklə paritet əsasda “Jhylyoi” layihəsinin birgə həyata keçirilməsini nəzərdə tutur.
Qazaxıstan holdinqinin ilkin hesablamalarına görə, sahənin potensialı 185 milyon tondan çox neftdir.
Qeyd edilir ki, böyük bir Çin şirkəti ilk dəfədir, Qazaxıstana geoloji kəşfiyyat layihəsindən başlayaraq investisiyalarla daxil olur.
Xatırladaq ki, ötən həftə ÇXR rəhbəri Si Cinpin Astanada keçiriləcək ikinci Çin-Mərkəzi Asiya sammitində iştirak etmək üçün Qazaxıstana rəsmi səfər etmişdi.
Bu ilin martında Qazaxıstan və Çinin Rusiyadan yan keçməklə yüklərin Avropaya daşınmasına imkan yaradan yeni dəmir yolu marşrutunun işə salınması xəbəri yayılmışdı.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 24 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















