Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 9 oktyabr, AZƏRTAC
Özbəkistan Mərkəzi Asiyada Qazaxıstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır.
AZƏRTAC Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, tərəflər qarşılıqlı ticarətin həcmini 10 milyard dollar səviyyəsinə çatdırmaq məqsədilə ardıcıl fəaliyyət göstərirlər.
Bu ilin yanvar–avqust aylarının yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artım deməkdir. Qazaxıstanın ixracı 2,2 milyard dollar təşkil edib və 26,7 faiz artıb, nəticədə 1,4 milyard dollarlıq müsbət saldo qeydə alınıb.
Müsbət göstəricilərdən biri də Qazaxıstanın yüksək əlavə dəyərli məhsullarının, o cümlədən metallurgiya, neft-kimya, maşınqayırma və aqrosənaye sahələrində istehsal olunan məhsulların ixracının genişlənməsi olub. Özbəkistana ümumi dəyəri 550 milyon dollardan çox olan 40 perspektiv məhsulun siyahısı təqdim edilib.
Tərəflər həmçinin birgə investisiya layihələrinin həyata keçirilməsinə xüsusi diqqət ayırırlar. Hazırda ümumi dəyəri 4,4 milyard dollar olan 34 layihə və 2,6 milyard dollar məbləğində 7 ticarət müqaviləsi üzrə iş aparılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Oktyabr 2025 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















