Türkiyə Yunanıstanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Yunanıstanla ötən il 7 milyard dollara çatan ticarət dövriyyəsini 10 milyard dollara yüksəltmək niyyətindədir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
“Yunanıstanla Türkiyə arasında ötən il 7 milyard dollara çatan ticarət dövriyyəsinin 10 milyard dollara yüksəldilməsi hədəfi istiqamətində işləri qətiyyətlə davam etdirmək niyyətindəyik”, – deyə Ərdoğan qeyd edib.
Prezident Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüş zamanı ticarət əlaqələri ilə yanaşı, Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı məsələlərin açıq və səmimi şəkildə müzakirə olunduğunu bildirib.
O, regional problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə idarə edilməsinin vacibliyinə diqqət çəkərək, məsələlərin beynəlxalq hüquq əsasında həllinin mümkün olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Fevral 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















