“Qazaxıstana uzun uçuş bəhanə ola bilməz” Xabi Alonso
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real”ın (Madrid) baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 2-ci turunda “Kayrat”la Almatıda keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında qalib gəlmək istədiklərini söyləyib:
“Sabah hansı komandaya qarşı oynayacağımızdan asılı olmayaraq, biz mütləq qələbə qazanmaq və xal toplamağa davam etmək istəyirik. Sabah Çempionlar Liqası oyunudur, rəqibin kimliyi önəmli deyil”.
Baş məşqçi komandası ilə Qazaxıstana uzun uçuş barədə də danışıb: “Qazaxıstana uzun uçuşa gəldikdə, adaptasiya vacibdir. Bu, adət olunmuş hal deyil. Sabah yenidən oyun olacaq Uzun uçuş bəhanəsi ola bilməz”.
Alonso həmçinin oyunlardan sonra komandasını analiz etdiyini də vurğulayıb:“Hər oyundan sonra analiz aparıram və bunu çox sevirəm. Düşünürəm ki, bu futbolçularımızla ən yüksək hədəflərə çata bilərik. Orta sahədə böyük seçim imkanlarımız var. “Atletiko” ilə oyunda bəzi şeylər planladığımız kimi getmədi. Valverdenin dedikləri çox vacibdir. Dinamikamızı daha da inkişaf etdirmək istəyirik”.
Xatırladaq ki, “Kayrat” - “Real” matçı sentyabrın 30-u Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
Baxış sayı:59
Bu xəbər 29 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















