Xabi Alonso qərarını verdi
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xabi Alonso 2024/2025 mövsümünün sonunda "Bayer Leverkuzen" klubundan ayrılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi məlumatında bildirilib. Məşqçi müqaviləyə son qoymaq istədiyini rəhbərliyə çatdırıb və bu istək qəbul olunub. Klubun yeni çalışdırıcısının kim olacağı yaxın vaxtlarda elan ediləcək.
Qeyd edək ki, Alonso 2022-ci ildən Leverkuzen təmsilçisini çalışdırır. Onun rəhbərliyi ilə komanda 2023/2024 mövsümündə həm Bundesliqanın, həm də Almaniya Kuboku və Superkubokun qalibi olub. İspaniya mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis "Real Madrid"lə üçillik müqavilə imzalamağa hazırlaşır.
Baxış sayı:90
Bu xəbər 09 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















