Qazaxıstanda 18 avtomobilin iştirakı ilə ağır qəza oldu
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Alma-Ata - Ust-Kamenoqorsk magistral yolunun 28-ci kilometrliyində qatı duman şəraitində 18 avtomobilin iştirakı ilə böyük yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kazavtoyol" avtomobil yollarının idarə olunması üzrə milli operatorun mətbuat xidməti məlumat yayıb.
Hadisə yerli vaxtla saat 07:30 radələrində qeydə alınıb. Mətbuat xidmətinin məlumatına əsasən, qəza zamanı xəsarət alan və ya ölən olmayıb.
Şirkət nümayəndələri qəzaya sürücülərin məhdud görmə şəraitində sürət həddinə riayət etməməsi və təhlükəsiz məsafəni saxlamamasının səbəb olduğunu bildiriblər.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:Qazaxıstanda 100ə yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib AZƏRTAC
03 Yanvar 2025 21:19
Qazaxıstanda 100dək avtomobilin iştirakı ilə yol qəzası olub, xəsarət alanlar var FOTO VİDEO
03 Yanvar 2025 21:18
Qazaxıstanda ağır qəza 12 ölü Video
23 Oktyabr 2025 10:29
Qazaxıstanda zəlzələ oldu
25 Noyabr 2024 23:38
Qazaxıstanda ZƏLZƏLƏ OLDU
25 Noyabr 2024 23:58
Baxış sayı:76
Bu xəbər 15 Yanvar 2025 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















