Qazaxıstanda 95 avtomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanda xilasedicilər 95 avtomobilin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 10 nəfəri xəstəxanalara çatdırıblar.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xilasetmə əməliyyatları zamanı 8-i uşaq olmaqla 71 nəfər təxliyə edilib, daha 11 nəfər xilas edilib. Onlardan 10-u Makinsk rayon xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl "Kazavtozhol” milli avtomobil yollarının idarə olunması xidməti qar çovğunu və ölkə magistralının Astana-Petropavlovsk hissəsində zəif görmə ilə əlaqədar bütün növ nəqliyyat vasitələri üçün hərəkətə məhdudiyyətin qoyulması barədə məlumat yaymışdı.
Hava şəraiti yaxşılaşdıqdan və yol təmizləndikdən sonra polis idarəsinin əməkdaşlarının müşayiəti və "Kazavtozhol” xüsusi texnikası ilə Şuçinsk şəhəri istiqamətində hərəkətin fəaliyyəti bərpa edilib.
Lakin sürücülərin sürət həddinə və təhlükəsizlik məsafəsinə riayət etməməsi səbəbindən 95 avtomobilin iştirakı ilə qəza baş verib.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 Yanvar 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















