Qazaxıstanda da zəlzələ oldu
Qafqazinfo-dan verilən məlumata görə, Icma.az xəbər verir Qazaxıstanda da zəlzələ oldu.
Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də baş verib. Zəlzələnin episentri Çin sərhədinə yaxın Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
![see](https://icma.az/template/assets/see.png)