Icma.az
close
up
RU
Qazaxıstanda ekoloji risklər süni intellekt vasitəsilə proqnozlaşdırılacaq

Qazaxıstanda ekoloji risklər süni intellekt vasitəsilə proqnozlaşdırılacaq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 20 fevral, AZƏRTAC

Qazaxıstanda hava, su və ətraf mühitin vəziyyətini real vaxt rejimində izləmək üçün rəqəmsal sistemlər hazırlanır.

AZƏRTAC Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, nazir müavini Nurlan Kurmalayev bu barədə nazirliyin kollegiya iclasında məlumat verib.

Qeyd olunub ki, bu məqsədlə Milli Ətraf Mühit Məlumat Bankı - ölkə daxilindən ətraf mühit məlumatları toplayan platforma yaradılıb. Böyük fabriklərdən hər 20 dəqiqədən bir emissiya məlumatlarını ötürən sensorlar quraşdırmaq tələb olunur. Tullantılar və istixana qazı hesabatları da bu sistem vasitəsilə təqdim olunur. Gələcəkdə platforma ekoloji riskləri proqnozlaşdırmaq və pozuntuları avtomatik olaraq aşkar etmək üçün süni intellektdən istifadə etməyi planlaşdırır.

“EcoQolday” platforması tullantıların toplanması, daşınması və təkrar emalını izləyir. 2025-ci ildə onun vasitəsilə təxminən 50.000 ton tullantı təkrar emal üçün göndərilib və müəssisələr 880 milyon tenqe (təxminən 1,8 milyon dollar - red.) subsidiya alıb. Həmçinin meşələrdə 30 kilometrə qədər məsafələrdə tüstü və istilik anomaliyalarını aşkar edən kameralar quraşdırılır. Sistem nəticədə 5,5 milyon hektar meşəni əhatə edəcək.

Meşələr, heyvanlar, yanğınlar və ətraf mühitin vəziyyəti haqqında məlumatları birləşdirən “Tabigat geoinformasiya” platforması da istifadəyə verilib. Peyklər 2025-ci ildə 2000-dən çox qanunsuz zibilxana və təxminən 4000 ağacların qanunsuz kəsilməsi halı aşkar edib.

“Kazhidromet” məlumatları “Tasqyn” adlı daşqınları proqnozlaşdırma sisteminə ötürür. Ölkədə bütün bölgələr üçün daha dəqiq proqnozlar verən müasir WRF hava proqnozlaşdırma sistemi də tətbiq edilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri