Qazaxıstanda süni intellekt məzmununun nişanlanması tətbiq edilib
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Mərkəzi Asiya ölkələri arasında Qazaxıstanda ilk dəfə "Süni intellekt haqqında" qanun 18 yanvar tarixində qüvvəyə minib.
"Report"un məlumatına görə, yeni normativ akt süni intellekt sistemlərinin sahiblərini bütün yaradılmış məzmunu – şəkillər, videolar, audioyazılar, mətnlər və digər məlumatları xüsusi nişanlamağa məcbur edir.
Qanun həmçinin bəzi neyron şəbəkələrin Qazaxıstanda fəaliyyətini qadağan edir və müəllif hüquqları ilə bağlı məsələləri tənzimləyir.
Sənədə əsasən, süni intellekt məzmununun yayılması yalnız onun maşın tərəfindən oxuna bilən formada nişanlanması və istifadəçi tərəfindən qəbul edilə biləcək vizual və ya digər xəbərdarlıqla müşayiət olunması şərti ilə mümkündür. Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi daha əvvəl vurğulamışdı ki, məsuliyyəti daşıyanlar məhz sistem sahibləri olacaq, istifadəçilər deyil.
"Yoxlamalar hər bir şəkil və ya videonun kütləvi şəkildə araşdırılması formasında deyil, süni intellekt sistemlərinin sahiblərinə qarşı nəzarət fəaliyyəti kimi aparılacaq. Səlahiyyətli orqan müraciətlərə, şikayətlərə, ictimai resursların monitorinqi və rəsmi yayım kanallarının nəticələrinə reaksiya verəcək. Yoxlanılan fakt ayrı-ayrı istifadəçilərin süni intellektdən istifadəsi deyil, sistem sahibinin qanunla tələb edilən nişanlama olmadan sintetik məzmunun yayılmasına yol verməsidir", – deyə qurumda qeyd olunub.
Normativ akt süni intellekt sistemlərini muxtariyyət dərəcəsinə görə üç növə ayırır, sistem sahiblərini insanın iradə azadlığını qorumağa məcbur edir və neyron şəbəkələrin fəaliyyətinə bir sıra qadağalar gətirir.
Xüsusilə artıq respublikada insanları manipulyasiya edən, onların mənəvi və fiziki zəifliklərindən istifadə edən, insanları irqi, siyasi baxışları, dini mənsubiyyəti və digər xüsusiyyətlərinə görə diskriminasiya məqsədilə təsnif edən, həmçinin ölkə qanunları ilə qadağan olunmuş məzmun yaradan neyron şəbəkələr qadağan olunub.
Qanun pozuntusu halında süni intellekt sistemlərinin sahibləri 2026-cı ildə fiziki şəxslər üçün 127 ABŞ dollarından, iri biznes üçün isə 845 ABŞ dollarına qədər cərimə olunacaqlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qazaxıstanda süni intellekt nazirliyi yaradılacaq
08 Sentyabr 2025 10:28
Qazaxıstanda vətəndaşları süni intellekt manipulyasiyalarından qoruyan qanun qəbul edilib
17 Noyabr 2025 14:32
Qazaxıstanda süni intellekt prezidentin müşaviri təyin olunub
08 Oktyabr 2025 10:02
Qazaxıstanda Telegram ın süni intellekt laboratoriyası açılıb
02 Oktyabr 2025 20:47
Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb
18 Sentyabr 2025 19:43
Baxış sayı:69
Bu xəbər 18 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları