Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 4 may, AZƏRTAC
Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib. Rəqəmsal tenqenin geniş istifadəsi büdcə xərcləri hədəflərinin şəffaflığını təmin edir və əməliyyat məsrəflərini azaldır.
AZƏRTAC “Akorda”ya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı Süni İntellekt İnkişaf Şurasının ikinci iclasında verib.
Dövlət başçısının sözlərinə görə, 2025-ci ilə qədər ölkədə rəqəmsal maliyyə aktivlərini və kriptovalyutaları tənzimləyən milli hüquqi çərçivə yaradılacaq. Bu, daşınmaz əmlakın, qızılın, iri sənaye müəssisələrində səhmlərin və digər real aktivlərin tokenləşdirilməsi üçün imkanlar açacaq.
Kasım-Jomart Tokayev əlavə edib ki, hökumət və Milli Bank Qazaxıstanı kriptohaba çevirmək üçün rəqəmsal aktivlərin inkişaf strategiyalarını əlaqələndirməlidir. O, bunu müstəsna əhəmiyyət kəsb edən bir vəzifə adlandırıb və zamanın vacib olduğunu vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:106
Bu xəbər 04 May 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















