Qazaxıstanda Türk Dünyası Gənclərinin Forumu keçirilib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Qazaxıstanın Türküstan vilayətində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Qarabağ" Etnomədəni Birliyi və Əhməd Yasəvi Universitetinin təşkilatçılığı ilə "Millətlərarası Dostluq" Türk Dünyası Gənclərinin Forumu keçirilib.
Forumda iştirak edən millətlərin mədəniyyətlərini əks etdirən sərgi və milli mətbəx nümunələri nümayiş olunub.
"Qarabağ" Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva çıxış edərək forumun əhəmiyyətindən danışıb, bu kimi tədbirlərin gənclərin millətlərarası münasibətlərdə müsbət rolunu artırdığını və Türk dünyası xalqları arasında mədəni inteqrasiyanı gücləndirdiyini deyib.
Türküstan vilayəti dövlət qurumlarının nümayəndələri öz növbələrində gənclərə uğurlar arzulayıb, qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd ediblər.
Tədbir Azərbaycandan gələn müğənnilərin ifaları və müxtəlif millətləri təmsil edən gənclərin milli rəqslərindən ibarət bədii proqramla yekunlaşıb.
M.Kamal
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















