Icma.az
close
up
RU
Qazaxıstanda Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib

Qazaxıstanda Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın Almatı və Şimkənd şəhərlərində, Türküstan vilayətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib.

Almatı şəhərində fəaliyyət göstərən "Ata Yurd - Nomad" Respublika İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş tədbir Xocalı soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Birliyin sədri Süleyman Əhmədov və Azərbaycanın Almatı şəhərindəki konsulu Anar Hüseynzadə çıxış edərək soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşləri xatırladılıb. Xocalının artıq dirçəldiyi vurğulanıb. İnsanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.

Şimkənd şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbində Xocalı soyqırmına həsr olunmuş açıq dərs keçirilib. Məktəbin müəllimi Günel Abbasova şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs edib. Soyqırımının heç vaxt unudulmayacağını, Xocalının yenidən dirçəldiləcəyini söyləyib. Daha sonra Xocalı soyqırımına həsr edilmiş film nümayiş olunub.

Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən "Qarabağ" Etnomədəni Birliyinin nəzdindəki Qarabağ məktəbində Xocalı soyqırımına həsr olunmuş açıq dərs keçirilib. Şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verilib və soyqırıma həsr olunmuş film nümayiş etdirilib. Hazırda Xocalıda Azərbaycan Bayrağının dalğalanmasının faciə qurbanlarının qanının yerdə qalmadığının göstəricisi olduğu diqqətə çatdırılıb. Daha sonra təşkilatın sədri Ramilə Mustafayevanın rəhbərliyi ilə Sayram rayonunda tədbir keçirilib, şəhidlərimizin ruhu ehtiramla yad edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri