Almaniyada Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat Diasporla iş üzrə Dövlət Komitəsinin "X"dəki hesabında yayılıb.
Tədbir faciə qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başlayıb.
Azərbaycan Evinin rəhbəri Yaşar Niftəliyev ötən əsrin ən ağır cinayətlərindən sayılan Xocalı hadisələri barədə tarixi faktları diqqətə çatdırıb. Xocalıda törədilən qətliamın xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirərək, həmin həqiqətlərin gələcək nəsillərə ötürülməsi istiqamətində diaspor təşkilatlarının gördüyü işlərdən söz açıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yüksək döyüş bacarığı və peşəkarlıq nümayiş etdirərək ölkəmizin gücünü və qüdrətini bütün dünyaya sübut etdiyi qürurla vurğulanıb.
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbir faciə qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başlayıb. Azərbaycan Evinin rəhbəri Yaşar Niftəliyev ötən… pic.twitter.com/cdaUVCK8Tx
— Azerbaijani Diaspora (@DiasporaAz) February 23, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 23 Fevral 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















