Qazaxıstanın 2 yatağında neft hasilatı dayandırıldı
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Qazaxıstanın Tengiz və Korolevskoye yataqlarında neft hasilatı müvəqqəti olaraq dayandırılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə "Tengizchevroil" şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, bir gün əvvəl baş verən yanğın istehsal müəssisələrində elektrik paylama sistemlərinin bəzi hissələrinə ziyan vurub.
Bildirilib ki, hadisə nəticəsində itki yoxdur və vəziyyət tam nəzarət altındadır.
Daha əvvəl Tengiz yatağındakı zavodda transformatorun alovlandığı barədə məlumat yayılmışdı. Həmin vaxt yanğının təcrid olunduğu və itki olmadığı bildirilmişdi.
Daha sonra "KazMunayGaz" da bu məlumatı təsdiqlədi. Şirkətin məlumatına görə, yanğın səhər saatlarında baş verib və müəssisənin təcili yardım xidmətləri tərəfindən söndürülüb.
Anar
Bu mövzuda digər xəbərlər:Qazaxıstanın “Kaşağan” yatağında çıxarılan neft Bakı Tbilisi Ceyhan kəməri ilə daşınacaq
30 Yanvar 2025 10:26
Tengiz yatağında neft hasilatı bərpa edilib
31 Yanvar 2026 13:24
Binəqədi yatağında neft hasilatı proqnozdan geri qalıb
05 Avqust 2026 14:00
Rusiya Qazaxıstanın “neft kranını” bağlayır KONKRET
21 Aprel 2026 18:37
Qazaxıstanın tanınmış rəssamı
06 Fevral 2025 16:07
Baxış sayı:169
Bu xəbər 19 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















