Icma.az
close
up
RU
Qazaxıstanın “Kaşağan” yatağında çıxarılan neft Bakı Tbilisi Ceyhan kəməri ilə daşınacaq

Qazaxıstanın “Kaşağan” yatağında çıxarılan neft Bakı Tbilisi Ceyhan kəməri ilə daşınacaq

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir.

Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.

2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış saziş ildə 1,5 milyon ton “Tengiz” yatağı neftinin tranzitini nəzərdə tutur. 2024-cü ilin fevralında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş imzalanıb.

Qeyd edək ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC 2014-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmış və strateji dövlət əhəmiyyətli layihələrdə SOCAR-ın səhmdar hüquqlarını və maraqlarını təmsil edir. “SOCAR Midstream Operations” MMC IPOL (İnteqrə edilmiş planlaşdırma, optimallaşdırma və logistika) seqmetinə daxildir. 2006-cı ilin iyununda istismara verilən BTC Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Səngəçal terminalını Ceyhan terminalına birləşdirir.

BTC vasitəsilə Azərbaycandan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. 2006-cı ildən 2024-cü ilin sentyabr ayının sonunadək BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilmiş və dünya bazarlarına göndərilib. İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənmiş və yola salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Yanvar 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri