Qazaxıstanın NATO ilə tərəfdaşlığının əsas məqsədi açıqlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 21 avqust, AZƏRTAC
Qazaxıstanın NATO ilə əməkdaşlığının əsas məqsədi bu ölkənin Silahlı Qüvvələrinin sülhməramlı birləşmələrini BMT-nin himayəsi altında missiyalar çərçivəsində yerləşdirilməsi üçün hazırlamaqdır.
AZƏRTAC Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Belçika Krallığında, Aİ və NATO-da səfiri Roman Vasilenko Brüsseldə NATO-nun Baş katibi Mark Rütteyə etimadnaməsini təqdim etdikdən sonra bildirib.
Tərəflər Qazaxıstan ilə NATO arasında əməkdaşlığın hazırkı vəziyyətini, eləcə də beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.
Görüşün yekunlarına görə, tərəflər Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişafının davam etdirilməsi barədə razılığa gəliblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















