Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yeni açıqlama yayıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AZAL-a aid təyyarənin Aktau yaxınlığında baş verən aviaqəzasını araşdıran Qazaxıstan Nəqliyyat Nazirliyinin nəzdində yaradılmış komissiya insidentin səbəblərini müəyyən edənə qədər internetdəki məlumatları şərh etməyəcək.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ilkin hesabat respublika qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 saylı əlavəsinə uyğun olaraq dərc olunacaq.
"İlkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək", -deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Yanvar 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















