Qazaxıstanla Fransa arasında 36 yeni əməkdaşlıq sənədi imzalandı
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan və Fransa arasında 36 yeni əməkdaşlıq sənədi, o cümlədən 2,2 milyard dollarlıq 14 kommersiya sazişi imzalanıb.
Globalinfo.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə dövlət səfərində olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Xüsusən də Tokayevin Fransa prezidenti Emmanuel Makronla danışıqlarından sonra readmissiya haqqında hökumətlərarası saziş – dövlətlərin başqa dövlətdən qovulmuş vətəndaşlarını geri qəbul etməsinə razılıq verilməsi haqqında saziş imzalanıb.
İmzalanan sənədlər arasında, həmçinin mühüm ehtiyatlar və faydalı qazıntılar üzrə iki dövlət arasında strateji tərəfdaşlığın yol xəritəsi, Qazaxıstanın “Samruk-Kazyna” milli sərvət fondu ilə Fransanın “Société Générale S.A.” maliyyə qrupu arasında strateji əməkdaşlıq haqqında tərəfdaşlıq sazişi də var.
Qazaxıstan Dəmir Yolları ilə Fransız istehsalçısı “Alstom Transport SA” arasında elektrovozlar üzrə əməkdaşlıq haqqında saziş, iki ölkənin ixtisaslaşmış institutları arasında arxeologiya sahəsində əməkdaşlıq haqqında protokol da sənədlər arasındadır.
Tokayev brifinqdə qeyd edib ki, bu yaxınlarda Astanada Fransa İnkişaf Agentliyinin nümayəndəliyi açılıb. “Biz onun işinə maksimum köməklik göstərəcəyik. Biz, həmçinin, logistika infrastrukturu və emal sənayesi, səhiyyə, maliyyə və turizm sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd etdik.”, – deyə o bildirib.
Qeyd edək ki, Tokayev Makronun dəvəti ilə noyabrın 4-də Parisə dövlət səfərinə gəlib. Fransa prezidenti 2023-cü ildə Astanaya səfər etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Noyabr 2024 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















