Icma.az
close
up
RU
Şərqi Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq qurulacaq

Şərqi Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq qurulacaq

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Şərqi Qazaxıstan vilayətinə işgüzar səfər edib, regionun akimi Nurımbet Saktaqanovla görüş keçirib.

525.az bu barədə səfirliyə istinadən xəbər verir.

Alim Bayel qeyd edib ki, Altay türklərin vətənidir və Azərbaycan turistləri üçün böyük potensial cazibəyə malikdir. Bundan əlavə, Şərqi Qazaxıstan vilayəti qarşılıqlı ticarətin, sənaye kooperasiyası və kənd təsərrüfatının inkişafı baxımından Azərbaycan üçün maraq kəsb edir. Onun sözlərinə görə, bu il Qazaxıstan Azərbaycanın əsas buğda tədarükçüsü olub və Azərbaycan taxıl idxalının 85 faizini təmin edib. Diplomat, eyni qaydada Şərqi Qazaxıstanın məşhur olduğu günəbaxan yağının da qardaş ölkəyə ixracının təşkilini təklif edib.

Səfir günəbaxanın emalı ilə bağlı ortaq müəssisə yaradılması təşəbbüsünü irəli sürüb, həmçinin bildirib ki, bir sıra Şərqi qazaxıstanlı sahibkarlar yaxın vaxtlarda Azərbaycan supermarket şəbəkələrinə bal tədarükünə başlayacaqlar.

Regionun akimi Nurımbet Saktaqanovun sözlərinə görə, Şərqi Qazaxıstan vilayəti ilə Azərbaycanın bu istiqamətlərdə birgə layihələr üçün perspektivləri mövcuddur. Şərqi Qazaxıstan sahibkarlarının Azərbaycan bazarına təklif edəcəyi məhsullar var. Coğrafi yaxınlıq, ölkələrimiz arasındakı mədəni əlaqələr və Şərqi Qazaxıstanın turizm imkanlarının müxtəlifliyini nəzərə alaraq, region Azərbaycan turistləri üçün müalicəvi–sağlamlıq istirahəti təklif etməyə hazırdır. Vilayət rəhbəri, həmçinin regionun dağ-mədən sənayesində böyük potensiala malik olduğuna diqqət çəkib.

Tərəflər konkret layihələrin həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Avqust 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see174

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see159

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see124

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri