Qazaxıstanla Özbəkistan arasında uçuşların sayı artacaq
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan və Özbəkistan uçuşların sayını artırmaq və aviasiya sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Asiya – Çin (C5+1)” formatında mülki aviasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupun konfransı çərçivəsində Qazaxıstan və Özbəkistanın aviasiya hakimiyyətləri arasında danışıqlar aparılıb.
Danışıqlar zamanı hər iki tərəf müntəzəm uçuşların sayının artırılması barədə razılığa gəlib. Nazirlikdən bildirilib ki, bu addım nəqliyyat əlçatanlığının inkişaf etdirilməsi, işgüzar və mədəni əlaqələrin gücləndirilməsi, eləcə də iki ölkənin turizm cəlbediciliyinin artırılması məqsədi daşıyır.
Danışıqların nəticəsi olaraq, iki ölkənin daşıyıcılarına Almatı-Daşkənd və Astana-Daşkənd marşrutlarının hər biri üzrə həftədə 42-dək reys həyata keçirməyə icazə verilib.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu çəkilir AZƏRTAC
03 Yanvar 2025 21:19
Şərqi Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq qurulacaq
13 Avqust 2025 13:54
Qazaxıstanla Ermənistan arasında viza rejimi ləğv edilir
02 Oktyabr 2025 13:30
Qazaxıstanla aqrar əməkdaşlıq genişləndirilir
20 Avqust 2025 10:20
Prezident: Qazaxıstanla münasibətlərimiz uğurludur
03 İyun 2025 15:46
Baxış sayı:74
Bu xəbər 15 Avqust 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















