Icma.az
close
up
RU
Qazdan istifadəyə görə 114 min manat borc...

Qazdan istifadəyə görə 114 min manat borc...

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Azəriqaz” abonentlərindən birini 115 min manatdan yuxarı qazdan istifadə borcuna görə məhkəməyə verib.

Bizimyol.info xəbər verir ki, həmin abonent Salyan rayonunun Qarabağlı kəndinin sakinidir. “Azəriqaz”ın iddiasına görə, bu borcun 1578 manatı bir sayğac, 114 min 170 manatı isə digər sayğac üzrə hesablanmış məbləğdir.

İddia olunur ki, orada istixanalar yerləşir və təbii qazdan çox istifadə olunmasının səbəbi də budur.

“Borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunub, xəbərdarlıq edilib, buna baxmayaraq, borcunu ödəməyib”, - deyə “Azəriqaz” bəyan edib.

Bundan başqa, sayğaca müdaxil edildiyi də iddia olunur. İddiaya görə, sayğacın çıxış plastmas borusu deşildiyi üçün sayğac çıxarılaraq növbədənkənar yoxlamaya göndərilib: “Sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilib. Sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, xətaların normaya uyğun olmadığı, sayğacın minimal sərfiyyatda – 100 faiz nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilib”.

Tələbnamə ilə itirilmiş qazın həcmi 6480 kub metr hesablanıb.

Məhkəmə aparılan yoxlamanın qanunsuz olduğu qənaətinə gələrək, 1578 manatlıq borc tələbi ilə bağlı hissədə “Azəriqaz”ın iddiasını təmin etməyib. Lakin digər hissədə isə “Azəriqaz”ın iddiası təmin olunub. Məhkəmə qərar verib ki, istixanalarda təbii qazdan istifadəyə görə yaranmış 114 min 170 manatlıq borc “Azəriqaz”a ödənilsin.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri