Icma.az
close
up
RU
Qazi baş gizir Elşən İsmayılov: Hərbçilərimiz döyüşə gülərək gedirdi

Qazi baş gizir Elşən İsmayılov: Hərbçilərimiz döyüşə gülərək gedirdi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə, 12 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Döyüş yolum Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən başlayıb. Sentyabr ayının 27-si səhər saatlarından hərbi hissəmizlə birgə hücum əməliyyatına başladıq. Düşmənin 30 ildə özünün yaradıb özünün də inandığı “Ohanyan səddi” mifi var idi. Həmin istiqamətdə vuruşan qəhrəman oğullarımız qeyd olunan səddi bir neçə dəqiqəyə darmadağın edərək ön xəttin yarılmasını təşkil ediblər.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Vətən Müharibəsi xatirələrindən danışan qazi, baş gizir Elşən İsmayılov deyib.

Talış kəndi və Suqovuşan istiqamətlərində döyüş əməliyyatlarında iştirak edən Elşən oktyabr ayının 24-də ağır yaralandığını bildirib: “Suqovuşan istiqamətində ağır yaralandıqdan sonra iki ay hospitalda müalicə almışam və ehtiyata buraxılmışam. Yaralanan zaman dörd güllə və on iki qəlpə yarası almışam. Onlardan hazırda bir güllə ağciyərimdə, doqquz qəlpə də bədənimdə qalıb”.

İsmayılov Elşən Akif oğlu 1979-cu ildə Gəncə şəhərində anadan olub. Orta təhsilinin 8-ci sinfə qədər Gəncədə aldıqdan sonra hərbi təhsil almaq üçün dövlət dəstəyi ilə Türkiyə Respublikasına yollanıb. Hərbi təhsil aldıqdan sonra 1997-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir rütbəsi ilə xidmətə başlayıb. 2020-ci ilə qədər ordu sıralarında hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edərək, baş gizir rütbəsinə qədər yüksəlib.

“Hərbiçilərimiz döyüşə gülərək gedirdi. İnanmıram ki, dünyanın hansısa ölkəsində belə ordu və əsgərlər olsun. Ehtiyata buraxıldıqdan sonra dövlətin qayğısı ilə tam əhatə olundum. Daima Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın qayğısını üzərimizdə hiss edirik. Cənab Prezident tərəfindən mənə ev hədiyyə olunub, təqaüd ayrılıb,” – deyə Vətən Müharibəsi iştirakçısı deyib.

Elşən İsmayılov Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə də təltif olunub.

2002-ci ildə ailə həyatı quran Elşənin iki oğul övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri