Icma.az
close
up
RU
Qazi mayor Elşad Heydərov: Hərbçilərimiz döyüşə sevinə sevinə gedirdi

Qazi mayor Elşad Heydərov: Hərbçilərimiz döyüşə sevinə sevinə gedirdi

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağcabədi, 24 oktyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri xalqımıza Qələbə sevinci yaşatdılar. Torpaqlarımızın azadlığı uğrunda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində sağlamlığını itirən cəsur oğullarımızdan biri də Ağcabədi rayon Təzəkənd sakini mayor Elşad Heydərovdur.

O, 2007-ci ildən Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayıb. 2020-ci ildə Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib, düşmənin müdafiə xəttini yaran zaman minaya düşərək sağ ayağımı itirib.

Elşad Heydərov AZƏRTAC-ın müxbiri ilə söhbətində beş il əvvəlki döyüşlərdən bəhs edərək deyib: “Sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Talış-Suqovuşan istiqamətində əks-hücum əməliyyatına başladıq. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədə idi, hər kəsdə böyük ruh yüksəkliyi var idi. Hər bir hərbçi istəyirdi ki, işğaldan olan torpaqları azad etsin. Hər kəs döyüşə sevinə-sevinə gedirdi. Bu, mənim üçün olduqca təsirli idi. Düşmən güclü müdafiə olunmuşdu. Amma Ordumuz düşmənin müdafiə xəttini yarmağa nail oldu. Sentyabrın 27-də hücuma keçdik, sentyabrın 28-də 3 hərbi qulluqçumuz minaya düşmüşdü. Onları minalı sahədən çıxaran zaman, yaralı əsgər qucağımda ikən mən də minaya düşdüm”.

Elşad Heydərov 44 günlük Vətən müharibəsində xalqımızın “dəmir yumruq” ətrafında birləşməsi, xalq-ordu birliyi sayəsində Qələbəyə nail olunduğunu bildirib: “Allah şəhidlərə rəhmət eləsin. Onların qanı, canı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Qələbəni bizə yaşadan şəhidlərimizdir. Biz torpaqlarımızın azad olunmasında şəhidlərə və Ali Baş Komandana borcluyuq. Bu gün işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri gedir. O torpaqları gəzdikcə qürur hissi keçirirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri