QAZİ RƏİSDƏN QAZİ BAŞ REDAKTORU QORUMAQ DİLƏYİ
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazi jurnalist Vüqar Tofiqoğlunun HÜRRİYYƏTdən məhrum edilməsindən 70 gün keçdi
Vüqar Tofiqoğlunun həbsi elə bir günə düşür ki, heç vaxt unudulmaz. 29 oktyabr- Türkiyə Cümhuriyyətinin yaranması günündə! Nə imiş baş redaktorun suçu? Dövlətə hansı təhlükə varmış ki, Dövlət(in) Təhlükəsizlik Xidməti Qarabağ qazisini qandallayıb qazamata salıb? Hələ də suala cavab alınmayıb. Baş prokurorluq baş redaktora “hədə qorxu ilə 2 şirkətlə aylıq 200-1000 manat arası mülki reklam müqaviləsi” ittihamı irəli sürüb. İttihamın “mülki xarakter” daşıması ortadadır, heç demə məqsəd “Hürriyyət”i susdurmaq olub və artıq bu yöndə MEDİA Agentliyi də öz sözünü deyib, media qurumu dövlət dəstəyindən məhrum edilib. MEDİA-nın Vüqar Tofiqoğlunun həbsinə reaksiya verməməsi, daha düzü, HÜRRİYYƏTindən məhrum edilən baş redaktorun media orqanını maliyyədən məhrum etməsi müstəqil fikrə basqıdan özgə bir şey deyil. MEDİA informasiyaya dəstək verməkdənsə, informasiya orqanının fəaliyyətinə “badalaq” atır? MEDİA ekspertləri zorla, hədə-qorxu ilə mülki müqavilə bağlamağın mümkünsüz olduğunu bilmirlər? Bəs Mətbuat Şurası? Niyə informasiya orqanlarının müstəqil fəaliyyətinə qadağaya adi bir fikir də bildirilmir? Onda bu MEDİA, Mətbuat Şurası nəyə gərəkdir?
Qarabağ qazilərinin günü-güzəranı, durumu olduqca rahatsızedicidir. Əlil, qazilərin, hətta şəhidlərin qədri-qiyməti bilinmir. Axı döyüşçünün qiymətini döyüşçüdən özgə kim anlaya bilər? Eldə deyildiyi kimi, zər qədrini zərgər bilər. Qazi Vüqar Tofiqoğlunun nələr çəkdiyini də döyüş, savaş iştirakçıları yaxşı anlayar. 70 gündür DTX-nın həbs etdiyi, DTX istintaq kamerasında saxlanılan savaş dostumuzla bağlı DTX-nın döyüşçü rəisi, general-polkovnik Əli Nağıyevə üz tutmağımız bu anlayışdan qaynaqlanır. Qazi rəisdən QAZİ baş redaktordan muğayat olmağı diləyirik. Vallah, Vüqar bəy sifarişlə, saxta ittihamla tutulub! DTX qazamatında saxlanılan QAZİ jurnalistin sağlamlıq durumu ağırdır, hər an savaş dostumuzu itirmək təhlükəsi ilə üz-üzəyik.
QAZİ VÜQAR TOFİQOĞÇU ƏMANƏTİ, QAZİ RƏİS ƏLİ NAĞIYEV!
Məğrur Bədəlsoy: QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİnin baş katibi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 08 Yanvar 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















