Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Qazi Komandan, qazi şəhərim və başımdakı hava...

Qazi Komandan, qazi şəhərim və başımdakı hava...

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Zaman: 10 may 2025-ci il...

Məkan: İşğaldan azad olunmuş Ağdam rayonunda yenicə inşa edilmiş Muğam Mərkəzi...

Havalıyam...

Heç nə umrumda deyil! Ruhum göylərdədir, havalıyam. 2020-ci ildə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız uzun illərin erməni işğalına son qoyan döyüşə başlayanda da sevincdən bax belə havalıydım... Bilirdim ki, torpaqlarımız mütləq azad olunacaq! Bilirdim ki, şəhidlərimiz, qazilərimiz olacaq, amma neyləmək olar, vətən torpağının azad olunması qurban istəyir. Amma o havalılığın içində bir narahatlığım da var idi: Görəsən, Prezidentimiz ermənilərin havadarlarını neytrallaşdıra biləcəkmi? İçimizdəki “ermənilər”i - xainləri necə edəcək? Çox şükür, hər şey yaxşı oldu. Bu gün Qarabağ tam azaddır. Və ən əsası, daha işğalçılar da yoxdur vətən torpağında...Çox sevincliydik. Biz qələbənin  şokunu yaşayırdıq, düşmənlərimiz isə məğlubiyyətin. Bircəciyini yazım: Şuşa azad olunanda sevincdən lap dəli olmaq həddindəydim. İzaholunmaz, möhtəşəm hislər idi...

Zaman: 10 may 2025-ci il...

Məkan o məkandır. 

Müzəffər Ali Baş Komandanımız işğaldan azad olunmuş Ağdam şəhərində yenicə inşa edilmiş Muğam Mərkəzinin açılışına gəlib. Biz bəxtəvərlər də o açılışda iştirak edirik. Hamımız həyəcanlıyıq, sevincliyik...

Kürsüyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəvət edilir. Həmişəki kimi möhtəşəm bir çıxış. Həm çıxış, həm də anlaya bilənlər üçün bir fəaliyyət proqramı. Düşmənlərimizə isə ciddi mesajlar. Sadəcə, möhtəşəm!

Və tədbirdəki çıxışının sonu: Yaşasın Ağdam! Yaşasın Azərbaycan!

Bütün zal ayağa qalxıb, ürəkdən Prezidentimizi alqışlayır. Ağdamlılar Prezidentə “Siz yaşayın, cənab Prezident” - deyir. Alqışlar...
Prezident əyləşir. Tam sakitlikdir. Özümü saxlaya bilmədim, ayağa qalxıb Prezidentimiz əyləşən kürsüyə tərəf çevrildim, ucadan dedim: “Davamı var. Yaşasın Qazi, Müzəffər Ali Baş Komandanımız!” Yenə də alqışlar...

Bəli, İlham Əliyev həm də qazidir. Necə ola bilir ki, 44 günlük savaşında bölüyə, taqıma, tabora, briqadaya, korpusa rəhbərlik edən şəxslərə qazi (müharibə iştirakçısı) adı rəsmən verilə bilir, amma bu qələbənin memarına, Ali Baş Komandana yox?

Bu arada Azərbaycanın Birinci vitse-prezidenti, dəyərli Mehriban xanımın Qarabağa olan səfərləri haqqında müşahidələrimdən ikicə məqamı yazmasam olmaz. Yadınıza gəlir, Prezidentimizlə Mehriban xanım işğaldan azad olunmuş Xudafərinə ilk səfəri? Heç vaxt gözümün qabağından getməyən iki mənzərədən biridir: Mehriban xanım Xudafərin körpüsünün tağlarına yaxınlaşıb baxır, sonra ehmallıca o tağları sığallamağa başlayır. İlahi, necə gözəl səhnə idi. Elə bil ana balasına sığal çəkir. Bu, həm də uzun illərin Xudafərin yarasına çəkilən bir sığal – məlhəm idi.

İkinci məqam isə hər ikisinin Ağdam məscidinə ilk gedişlərində oldu. Hər ikisi ayaqqabılarını çıxarıb, girdilər məscidə. Bu, bizim dinimizə, inancımıza münasibət idi, sayğı və dəyər idi. Sonra Mehriban xanım əvvəlcədən səliqə ilə parçaya bükülmüş bağlamadan Quran kitabı çıxarıb, Prezidentə verir. O isə Quranı öpüb, məsciddə hazırlanmış yerə qoyur. Anlayanlar bilir nə demək istədiyimi. Ən sadə, normal ailələrdə olduğu kimi, evin xanımı əri, kişisi üçün necə davranırsa, Mehriban xanım da Prezidentimizlə o şəkildə davranır bütün səfərlərdə. Bunlar ölkəmizdə min illərdir oturuşmuş ailə dəyərlərimizin qorunmasının vacibliyi barədə mesajlardır həm də.

Sonra muğam ifaçılarımızın gözəl bir konserti başladı...

Xalq artisti, dəyərli Mənsum İbrahimov, xalq artisti Nəzakət Teymurova ilə birgə dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından bir parça ifa etdi. Elə ilk andan Mənsum İbrahimovun həzin, şirin, gözəl avazı salona yayıldı, bu səs, ifa adamın ruhunu bədəndən etdi. Onun səsinin sehrinə düşməmək mümkün deyildi. Ardınca xalq artisti Aygün Bayramovanın, əməkdar artist Firuz Səxavətin məlahətli, şirin səsi, tamaşaçıların ruhunu oxşadı. Əməkdar artistlərimiz Təyyar Bayramovun, Elnur Zeynalovun, Səbinə Ərəblinin və digərlərinin ifası da bir-birindən gözəl idi. Xalq artistləri Alim Qasımovun və Fərqanə Qasımovanın qeyri-adi ifaları da yaddaqalan oldu. Lap sonda isə Ağdam musiqi məktəbinin üç azyaşlımızın ifasındakı möhtəşəm “Qarabağ şikəstəsi” bütün salonu riqqətə gətirdi. Kövrəldim...Çevrilib arxada cənab Prezidentə baxdım. Gözləri dolmuşdu...

Havalıydım...

Konsert bitdi. Muğam Mərkəzinin həyətindən çıxdıq. Tədbirdə iştirak edən Ağdam qaziləri Prezidentlə görüşmək, şəkil çəkdirmək istəyirdik...

Cənab Prezidentimiz bizi görərək dedi: “Qəhrəmanlarımız da bizimlə bərabərdirlər. Onları alqışlayaq!”

Çox möhtəşəm anlar idi... İlk dəfə idi cənab Prezidentlə belə yaxından görüşürdüm, söhbət edirdim, əl sıxırdım. İlk hiss etdiyim, onun alicənablığı, yüksək mədəniyyəti, həssaslığı, hər kəsə diqqəti oldu. Və ən əsası, çox müsbət aurası var cənab Prezidentimizin.

Ayaqüstü bir neçə kəlmə demək imkanım oldu. Bunları deyə bildim: “Cənab Prezident, Siz bu millətə sahib çıxdınız. Mən özüm Birinci Qarabağ müharibəsinin qazisiyəm. Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib çıxdınız. Sizinlə fəxr edirik. Allah Sizi qorusun. Allah Sizi var eləsin!” Əslində demək istəyirdim ki, doxsanıncı illərdə də xalqımız döyüşdü, vuruşdu, amma yiyəsi, sahibi olmadı. Sizin kimi rəhbərimiz, komandanımız olmadı. Amma yuxarıda yazdıqlarımı deyə bildim. Qarabağ seyid ocaqlarının tanınmış simalarından olan Seyid Lazım Ağanın nəvəsi, dəyərli Yusif Ağa ilə əl sıxıb görüşdü Prezident. Qazi, şair Avdal Qəhrəman isə Prezidentə ithaf etdiyi gözəl bir şeirini səsləndirdi.

Sonra Qazi komandanımız bizimlə xatirə şəkli çəkdirdi.

Maşına yaxınlaşarkən “Mən başçı ilə şəkil çəkdirmədim”, deyib Ağdamın icra başçısı, belə bir ağır tədbirin yükü çiynində olan Vaqif Həsənova yaxınlaşdı. Vaqif müəllimin yaxınlığında dayanan yazıçı, millət vəkili Aqil Abbası da foto çəkdirməyə dəvət edərək əlavə etdi: “Aqil Abbas mənim qardaşımdır!”

Havalıyam...

Zaman: 1993-cü ilin yayı...

Məkan: Bakıdakı Şəhidlər xiyabanı. 

Ağdam rayonu və doğulub boya başa çatdığım Şıxbabalı kəndi işğal edilib. Bu xəbəri alanda Ağdamda deyildim, cəbhədə aldığım yaralarla bağlı müalicədəydim... Hara gedim, kiminlə danışım, bilmirdim. Üz tutdum Bakıdakı Şəhidlər xiyabanına. İki gün orada gecələdim. Komandirim Şirin Mirzəyevin, Hidayət İbrahimovun, Allahverdi Qəmbərovun, Rövşən Camalovun, Vəzir Orucovun və digər döyüşçü şəhid qardaşlarımın məzarları ilə danışırdım. Məğlubiyyətin acısından dəli kimiydim, havalı idim. O gün – mayın 10-da Ağdamda da havalı idim, dəli kimiydim, ancaq qələbənin sevincindən dəli kimi idim, havalı idim...

P.S. Bu yazıda daş-daş, kərpic-kərpic tikilən Ağdam haqqında heç nə yazmadım. Yəni Ağdamın əzəmətini, ruhunu, suyunu, havasını öymədim, insanlarının mərdliyini, qəhrəmanlığını, özəlliyini yazmadım. Bir ağdamlı kimi yazmağım düz olmazdı. Amma bunu yazmaya bilmirəm: Ağdam mənim ruhumdur, canımdır, damarlarda axan qanımdır, havamdır...
Elə bunları yazanda da havalıyam...

Rey Kərimoğlu

Xüsusi olaraq Qafqazinfo.az üçün

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16936

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1006

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see224

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see138

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see129

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see127

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see127

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see127

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see125

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see125

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see123

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri