Icma.az
close
up
RU
Qazi tək (“kontrabasda”), Məmməd Abbasbəyli 8 nəfərlə (“antiinhisar xorunda”)

Qazi tək (“kontrabasda”), Məmməd Abbasbəyli 8 nəfərlə (“antiinhisar xorunda”)

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub

Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi qanunla qorunur. Di gəl, qanuna əməl edən varmı? İstehlakçı hüquqları elə qorunmaz hala gətirilib ki, heç məhkəmə hakimiyyəti də boynuna qoyulan görəvi icra etməkdən imtina edir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 26-cı ( İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi) maddəsində isə doğrulanıb: “İstehlakçıların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini MƏHKƏMƏ həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş MƏNƏVİ (qeyri-əmlak) ZƏRƏRİN də ödənilməsini HƏLL EDİR. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə DÖVLƏT RÜSUMU verməkdən AZAD edilirlər.”

Bu qanun, bu da qanuna sayğısızlıq. Məhkəmələr çeşidli bəhanələrlə iddianı icraata qəbul etməkdən imtina edir, uyğun dövlət qurumu – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə istehlakçını yox, inhisarçılığı, qanunsuzluq edən xidmət qurumlarının müdafiəsindədir. Uzağa getməyək, ilin girişi ilə İqtisadiyyat Nazirliyi yanındakı Tarif Şurası kommunal xidmət haqlarını qaldırdı. Bəs əhalinin sosial müdafiəsinə cavabdeh olan ƏƏSMN, istehlakçı hüquqlarını qorumağa xidmət etməli olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə susur, adlarına uyğun iş görmürlər? Hələ biz nəqliyyat, rabitə sektorundakı özbaşına tarifləri, qiymət artımlarını demirik. Amma demək gərəkir, mobil operatorlar, “Aztelekom”, “Baktelekom” xidmət əvəzinə, şiddətlə məşğuldur, əhaliyə rabitə xidməti yarıtmazdır. Özbaşınalığa baxın, ilk mobil rabitə xidməti olması ilə öyünən mobil operator bir gündə Qarabağ qazisinin balansından 100 manata yaxın pul silib, İKTA ( İnformasiya Kommunikasoya Texnologiyaları Agentliyi) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu pulsilmə “xidməti”ni TEXNİKİ QÜSUR sayır. (?) Bu yekəlikdə texniki qüsur olar?

Qarabağ qazisi sözügedən dövlət qurumlarına qarşı istehlakçı hüquqlarının müdafiəsindən imtinaya görə Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Hakim Aysev Almazova 23.12.2024-cü il tarixli qərardadla iddianı mümkün saymayıb. 24 gün keçib,  5 günə verilməli ola qərardad hələ də elektron kabinetdə yerləşdirilməyib. Məsələnin ən ilginc yönü odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli düz 8 məmura- hüquq şöbəsinin müdiri Ataşov Vaqif Bəyalı oğluna, məhkəmələrlə iş sektorunun müdiri Rzayev Ömər Tofiq oğluna, baş məsləhətçisi İbadova Ləman Hafiz qızına, böyük məsləhətçisi Bağırov Sadiq Məmmədkərim oğluna, hüquqi təminat sektorunun baş məsləhətçiləri Sadıxova Ülkər İbrahim qızına, Həsənzadə Ləman İntizam qızına, hüquqi aktlarla iş sektorunun müdiri Eyvaz-zadə Şəhla Fərhad qızına, aparıcı məsləhətçisi Abdurəşidli Durna Mahir qızına iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinin cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “İstehlakçı hüquqlarının müdafiəsi öhdəliyinin ... cavabdehə həvalə edilməsi”nədair iddiası üzrə 2 (iki) il müddətinə cavabdeh Dövlət Xidmətini təmsil etməyə ETİBARNAMƏ verib. Ünlü filmdə deyildiyi kimi, QAZİ TƏK KONTRABASDA, ANTİİNHİSAR DÖVLƏT XİDMƏTİ RƏİSİ İLƏ BİRGƏ 9 NƏFƏRLİK “ANTİHÜQUQ” XORUNDA...Bir yandan da məhkəmənin “hüquq dirijorluğu”!...

Məğrur BƏDƏLSOY

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri