Mikayıl Cabbarovun müşaviri işdən ayrıldı Yerinə Məmməd Abbasbəyli gətirildi
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA məlumat yayıb.
H.Əliyev bundan öncə vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.
***
İqtisadiyyat nazirinin müşaviri vəzifəsinin müvəqqəti icrası Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə həvalə edilib.
Qeyd edək ki, bu ilin martında Prezident İlham Əliyevin Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bununla da M.Abbasbəyli Dövlət Xidmətinin rəisi vəzifəsini itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















