“Qazilərin sağlam həyata qayıdışı daim ölkə başçısının marağındadır” Təmraz Tağıyev
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bu gün şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin prioritet vəzifəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin ən başlıca vəzifəsi şəhid ailələrinin və müharibə əlillərinin sosial ehtiyaclarının yüksək səviyyədə təmin edilməsidir. Qazilərin sağlam həyata qayıdışı, onların sosial-məişət qayğıları daim ölkə başçısnın maraq dairəsindədir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Belediyye.info-ya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Dünən Nərimanov rayonunda müvəqqəti məskunlaşan, hazırda Azərbaycan Tibb Universitetinin Tədris-Cərhaiyyə Klinikasında müalicə alan, birinci dərəcəli Vətən müharibəsi əlili Yusif Ağarzayevi Milli Məclisin üzvü İlham Məmmədov, klinikanın direktoru Əsədulla Sultanov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev ziyarət ediblər.
Ziyarətdə iştirak edən Milli Məclisin üzvü İlham Məmmədov diqqətə çatdırıb ki, qazilərin sağlamlığının bərpası ilə bağlı təsdiq edilən dövlət proqramına uyğun addımlar atılır. Bu gün müalicəyə ehtiyacı olan qazilərin səhiyyə müəssisələrində yüksək keyfiyyətlə müalicə kursu davam etdirilir.
Hazırda qazi Yusif Ağarzayevin sağlamlıq durumu qeydiyyatda olduğu Yevlax RİH-nin başçısı Anar Tağıyevin də daim diqqətdədir.
Təmraz Tağıyev görüşdə qeyd edib ki, qazi Yusif Ağarzayevə Nərimanov bələdiyyəsi tərəfindən maddi-mənəvi dəstək göstərilir.
Qazi Yusif Ağarzayev ona göstərilən diqqətə görə təşəkkürünü bildirməklə yanaşı, müalicə kursunun uğurla başa çatacağına inandığını bildirib.
Qeyd edək ki, Yusif Füzuli oğlu Ağarzayev Yevlaxda anadan olub. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrutun azad olunmasında şücaət göstərib, bir sıra medallarla təltif edilib. Hadrutun azad edilməsi zamanı gedən döyüşlərdə ağır yaralanıb. Beş güllə yarası alan Yusif Ağarzayevin hazırda aşağı ətrafının fəaliyyəti üçün müalicə kursu davam etdirilir.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 14 Aprel 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















