Icma.az
close
up
RU
Qazın tarifi ilə bağlı mühüm xəbər: Dəyişiklik ola bilər Bu tarixdən

Qazın tarifi ilə bağlı mühüm xəbər: Dəyişiklik ola bilər Bu tarixdən

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin “Qaz Təchizatı Haqqında” yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Layihəyə əsasən, qaz istehlakından asılı olmayaraq, hər bir istehlakçıya müəyyən edilən aylıq ödəniş “sabit tarif” olaraq qəbul ediləcək. Bildirilir ki, bu, qaz istehlakından asılı olmayan sabit xərclərin qarşılanması məqsədini güdür. Lakin qeyd edilən istiqamətdə bəzi məqamlar hələ də aydın deyil.

Əsas məqsəd nədir? Bu tətbiq tarif xərclərinin artmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, sabit tarif xidmətə çıxış üçün nəzərdə tutulan ödəniş və yaxud haqq deməkdir: pizza

“Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak imkanına sahib olduğu üçün müvafiq ödəniş elementidir. Başqa sözlə desək, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir. Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir. Əsas məqsəd isə infrastruktur xərcləri ilə istehsal xərclərini biri-birindən ayırmaqdır”.

İqtisadçı bildirib ki, xarici praktikada da belə tariflər mövcuddur:

“Ümumiyyətlə, sabit tarif siyasətinin effektivliyi sual altındadır. Bu, hansı mexanizm əsasında tətbiq olunacaq? Eyni istehlakçının kommunal və enerji xidmətlərinə çıxış imkanları necə müəyyən ediləcək? Beləliklə, sabit tarifin tətbiqi, əslində, dövlətin üzərinə düşən yükün bir hissəsinin vətəndaşlara yönləndirilməsi mənasına gələcək. Reallıq ondan ibarətdir ki, qiymətlər arta bilər”.

Qeyd edək ki, “Qaz təchizatı haqqında” qanun layihəsi (üçüncü oxunuş) Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Deputatlar təsdiqlədikdən sonra Prezidentin imzası ilə qanunlar qüvvəyə minəcək. Ancaq qaz təchizatı haqqında qanunun bəzi müddəaları dərhal qüvvəyə minməyəcək.

Belə ki, qanun layihəsinə görə, sənəd 2026-c ilin yanvarın 1-də qüvvəyə minəcək. Qanunun bəzi müddəaları (qazın paylanması tarifləri) 2027-ci ildə, bəzi maddələri (Qaz təchizatı sektorunda dövlətin vəzifələri) 2028-ci ildə tətbiq ediləcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri