Qazinin evi yanaraq külə döndü Yaşamağa yeri yoxdur VİDEO
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabirabad rayonu, Kürkəndi kəndində yaşayan İkinci Qarabağ müharibəsi qazisi İsmayılov Abış Samir oğlu evi yandığı üçün çarəsiz duruma düşüb.
Bu barədə o, Bakupost.az -a şikayətində bildirib.
Qazinin sözlərinə görə, hadisə bu ilin aprelin 9-da qısaqapanma nəticəsində baş verib:
"Ev tamamilə yanaraq yararsız hala düşüb. Orada yaşamaq mümkün deyil. Qohumların evində yaşamağa məcburam. Amma nə vaxt qədər belə yaşaya bilərəm? Yardım kimi, icra hakimiyyətindən 500 manat pul ayırıblar. Ancaq hələ də kartıma köçməyib. Həmin pulla evi yararlı vəziyyətə gətirmək mümkün deyil. Bu müddət ərzində müraciət etsəm də, heç bir qurumdan yardım ala bilməmişəm".
S.İsmayılov aidiyyəti qurumlardan evinin təmirinə yardım göstərilməsini xahiş edib.
Yanaraq yaşayış üçün yararsız hala düşən evin görüntülərini təqdim edirik:

Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















