Tanınmış həkimin evi yanaraq külə döndü VİDEO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Xaçmaz rayonunun Köhnə Xudat kəndində bu gün səhər saatlarında fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Ev sahibi Qədir Hüseynov Bizim.Media-ya bildirib ki, hadisə səhər saat 07:00 radələrində qısaqapanma nəticəsində baş verib.
Onun sözlərinə görə, yanğın nəticəsində evdəki bütün əşyalar yanaraq yararsız hala düşüb. Elektrik və məişət avadanlıqları da tamamilə sıradan çıxıb.
Qədir Hüseynov deyib, baş vermiş yanğın nəticəsində təxminən 50-60 min manat həcmində maddi ziyan dəyib.
Qeyd edək ki, Qədir Hüseynov ləğv edilmiş Xudat Şəhər Xəstəxanasının sabiq baş həkimi olub. Hazırda isə o Xudat Ailə Sağlamlıq Mərkəzinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















