Qazinin işlə təmin olunma ilə bağlı şikayətinə RƏSMİ CAVAB
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vətən müharibəsi qazisi 4 ildir özünə iş qurmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, onunla maraqlanan olmadığını iddia edib.
Ölkə.Az xəbər verir ki, bu barədə müharibə iştirakçısı Əli Əhmədli sosial şəbəkələrdə yazıb. O deyib ki, müraciət tarixindən buyana həmişə ən çox balla birinci yerdə olsa da, ortada nəticə yoxdur:
“Şərait nəzarətdən keçirilsə də, indi 101 balım olsa da, Dövlət Məşğulluq Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə imtahana cəlb edir, nə də haqqım olan kiçik foto otelye əşyalarımı mənə təqdim edir”, - deyə o yazıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qaziyə təlimi bitirdikdən sonra təsərrüfat qurulacaq:
“Xəzər rayon sakini Əhmədli Əli İlqar oğlu “Kiçik fotoatelye” istiqaməti üzrə özünüməşğulluq proqramına qeydiyyata alınıb. Bununla bağlı ilkin monitorinq həyata keçirilib və vətəndaşın proqrama uyğunluğu müəyyən olunub. Hazırda vətəndaş təlimlərdə iştirak etmək üçün növbədədir. Təlimi bitirdikdən sonra qanunamüvafiq qaydada vətəndaş üçün "Kiçik fotoatelye" istiqaməti üzrə təsərrüfat qurulacaq”.
Billurə Yunus

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 12 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















