Icma.az
close
up
RU
Nazirlikdən qazinin şikayətinə REAKSİYA

Nazirlikdən qazinin şikayətinə REAKSİYA

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsi qazisi 3 ildir özünə iş qurmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, onunla maraqlanan olmayıb.

Ölkə.Az xəbər verir ki, bu barədə qazi Əli Əhmədli sosial şəbəkələrdə yazıb. O, deyib ki, məşğulluq proqramında qazi olduğu üçün adı ön sıralarda olsa da, nazirlikdən onunla əlaqə saxlayan yoxdur:

"10.11.2022-ci il də Dövlət Məşğulluq Agentliyinə kiçik foto atelye ilə bağlı müraciət etmişəm. Müharibə iştirakçısı olduğum üçün müraciət etdiyim andan həmişə ilk onluq siyahıda olmuşam. Saytda da həmişə ayrılacaq kvota 12 olaraq göstərilib. 3 il olur, adamlar nə zəng ediblər, nə də baxış keçiriblər. Dəfələrlə həm agentlikdə, həm də nazirlikdə olmuşam, qaynar xətlərinə, onlayn çatlarına, elektron poçtlarına da yazmışam", - deyə o qeyd edib.

Mövcud vəziyyətlə əlaqədar Ölkə.Az Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, vətəndaşların aktivlərlə təminatı müəyyən vaxt tələb edir:

"Xəzər rayon sakini Əhmədli Əli İlqar oğlunun müraciəti araşdırılıb və diqqətimizdədir. Əli Əhmədli “kiçik foto atelye” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. Müraciət edən zaman onun qeydiyyatı aparılıb və proqram üzrə növbəlilik sisteminə əlavə edilib. Özünüməşğulluq proqramı növbəli qaydada icra olunduğundan və bir neçə mərhələni əhatə etdiyindən vətəndaşların aktivlərlə təminatı müəyyən vaxt tələb edə bilir. Yaxın günlərdə onun şəraitinin ilkin qiymətləndirilməsi aparılacaq və daha sonra uyğun olarsa, növbəti mərhələlərə cəlb ediləcək", - deyə agentlikdən bildirilib.

Qeyd edək ki, Ə.Əhmədli Füzuli və Xocavəndin işğaldan azad olunmasına görə medallarla təltif edilib.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri