Icma.az
close
up
RU
Qazla işləyən avtomobilə pulsuz qeydiyyat və sığorta endirimi AVROPADA

Qazla işləyən avtomobilə pulsuz qeydiyyat və sığorta endirimi AVROPADA

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə cəmiyyətdə yenə də qazla işləyən avtomobillər məsələsi gündəmə gəlib. Bəs ümumiyyətlə, qazla işləyən nə dərəcədə təhlükəlidir? Bu məsələ xaricdə necə tənzimlənir?

Avtosfer.az xəbər verir ki, avtomobillərin qazla (propan, butan, metan) işləməsi yenilik deyil. Bu yanacaq Birinci dünya müharibəsi (1914-1918) zamanı benzin qıtlığını kompensasiya etmək üçün istifadə edilirdi. Lakin müharibə bitdikdən sonra məsələ unuduldu.

80-ci illərin ortalarında neft böhranı zamanı yenidən Avropada qazla işləyən avtomobillər məsələsi gündəliyə gəldi. 90-cı illərdən etibarən Avropada istehsal edilən benzin mühərrikli avtomobillər qazla işləməyə də adaptasiya olunub. Son 30 ildə bir çox şirkət istehsal etdiyi avtomobillərə elə zavoddaca qaz avadanlığı quraşdırır. 

Yanvarın 1-nə olan statistikaya görə Avropa İttifaqında 15 milyondan çox minik avtomobili qazla istismar olunur. Bu da avtomobil parkının təxminən 1,5 faizi deməkdir. Təkcə İtaliyada 900 min, Fransada 600 min, Almaniyada 100 min avtomobil qazla hərəkət edir. İttifaqda 33 mindən çox qazdoldurma stansiyası fəaliyyət göstərir. Almaniyada rəqəmin aşağı olmasına səbəb bu ölkədə Dizel mühərrikli texnikanın geniş yayılmasıdır.

Lakin bizdən fərqli olaraq Avropada qaz balonlu avtomobil təhlükəli hesab edilmir. Bu maşınların yalnız Britaniya ilə Fransanı birləşdirən La Manş boğazına girməsinə icazə verilmir. Hətta bir çox ölkədə qazla işləyən minik avtomobillərinin sənədləşdirilməsi daha ucuz başa gəlir (Fransada ümumiyyətlə havayıdır). Sığorta şirkətləri isə bu maşınlara bir qayda olaraq 30 faizədək endirim tətbiq edir. 

Belə halda haqlı sual ortaya çıxır: Avropalılar qazdan qorxmurlarmı? Sığortaçıların və polisin belə səxavətli davranmasına səbəb nədir?
Cavab sadədir: qaz balonu yanacaq çənindən daha təhlükəsiz hesab edilir. Balon daha sərt metaldan hazırlanır və daha qalındır. Onun partlamaq və ya sınmaq ehtimalı azdır. Amma işin digər tərəfi də var.

Avropa ölkələrində qaz balonları ya zavodda, ya da ixtisaslaşmış atelyelərdə quraşdırılır. Balon quraşdırıldıqdan sonra avtomobilin bütün sistemi yoxlanılır, elektronika qaza adaptasiya edilir. Kustar üsulla balon qoyulması istisnadır.

İndi qayıdaq özümüzə. Bakıda 2015-ci ildən etibarən çox sayda qazla işləyən avtobus gətirilib. Onların bir hissəsi Fransa, digəri isə Türkiyədə istehsal edilib. “Bakubus”un yarıtmaz iş metodlarına, istismar şərtlərinə rəğmən bu texnikada qazla bağlı heç bir təhlükəli hadisə, faciə qeydə alınmayıb. Halbuki, dizellə işləyən avtobuslarda hər il çox sayda yanğın baş verir. 

Bu da bir daha göstərir ki, zavod şəraitində, və ya peşəkar servislərdə standartlara əməl edilməklə quraşdırılan qaz avadanlığı tam təhlükəsizdir. Problemi yanacağın kimyəvi-fiziki xüsusiyyətlərində deyil, məsələyə yanaşmada axtarmaq lazımdır.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri