Icma.az
close
up
RU
Qazlı içkilərin bilmədiyimiz təhlükələri Qida ekspertindən xəbərdarlıq

Qazlı içkilərin bilmədiyimiz təhlükələri Qida ekspertindən xəbərdarlıq

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər dünyanın məşhur qida şirkətləri istehsal etdikləri məhsulları geri çağırmalı olurlar. Qida təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda aparıcı brendlərin geri çağırma elanları diqqət çəkir. Bir neçə gün öncə isə "The Coca-Cola" şirkətinin törəmə müəssisəsi olan "Coca-Cola Europacific Partners Belgium", Belçika, Böyük Britaniya, Fransa və bir neçə digər Avropa ölkəsində bəzi içkilərin bazardan yığışdırıldığını açıqlayıb. Buna səbəb məhsullardakı xlorat səviyyəsinin normadan artıq olması göstərilib. İstehlakçıların sağlamlığına risk yaradan bu hallar qida sənayesində təhlükəsizlik standartlarına nəzarət mexanizmlərinin daha da sərtləşdirilməsinin vacibliyini gündəmə gətirir. Görünən odur ki, qlobal brendlər üçün istehlakçı etibarını qorumaq getdikcə daha böyük məsuliyyət tələb edir.

Bu barədə Moderator.az- a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, "CoCo-Cola" və digər qazlı içkilərin tərkibində bir çox maddələr var ki, uzun müddət istifadə edildikdə sağlamlıq riskləri yarada bilər:

“Xüsusilə, bu içkilərdəki şəkər miqdarı çox yüksəkdir və bəzən fruktoza siropundan da istifadə olunur. Orqanizmə həddindən artıq çox kalori daxil olması piylənməyə və obezitaya səbəb ola bilər. Bu da öz növbəsində diabet, ürək-damar xəstəlikləri kimi sağlamlıq problemlərinin riskini artırır. Eyni zamanda, qazlı içkilərdə dadlandırıcı olaraq qarğıdalı siropundan da istifadə edilir. Bu maddə yalnız kimyəvi qatqı maddəsi olmaqla yanaşı, həddindən artıq istehlakı orqanizmdə daxili orqanların funksiyasının pozulmasına səbəb ola bilər. İçkilərdə olan kofein isə mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir, narahatlığa, qorxulu yuxuların görməsinə, hormonal balansın pozulmasına və iştahın dəyişməsinə gətirib çıxara bilər. Bəzən, kofein də həddindən artıq istehlak edildikdə yemək istəyinin artmasına səbəb ola bilər. Üstəlik, çox miqdarda kofein qan təzyiqini yüksəldir, bu da bir çox insanlarda qan təzyiqi problemlərinə yol açır. Bu səbəblə, qazlı içkilərin müntəzəm və həddindən artıq istehlakından çəkinmək, sağlamlığa daha faydalı seçimlər etmək vacibdir”.Qida eksperti onu da  əlavə edib ki,  qazlı içkilərin uzun müddət qalması üçün turşu tənzimləyici olaraq fosfor turşusundan istifadə olunur:“Belə içkilər davamlı olaraq qəbul edildikdə insan orqanizmində ciddi fəsadlar yarada bilər. Xüsusilə, qazlı içkilərdən istifadə sümük əriməsinə, diş minalarının çürüməsinə, oynaq xəstəliklərinə yol aça bilər. Bu içkilərdən uşaqlar istifadə etdikdə, onların inkişaf prosesində geriləmələr baş verə bilər. Bu məhsullardan istifadə mərkəzi beyin sisteminin sıradan çıxmasına, gələcəkdə Alzheimer xəstəliyinin inkişafına, şəkərli diabetin yaranmasına və piylənməyə meyilliliyə gətirib çıxara bilər. Eyni zamanda, qazlı içkilərdən istifadə mədəaltı vəzinin funksiyasının pozulmasına da yol açır. Ancaq belə məhsulların  satılmasına, ümumiyyətlə, hər hansı bir qadağa və ya məhdudiyyət qoyulmur. Çünki bu içkilər dünyanın hər yerində, eləcə də Azərbaycanda istehsal olunur və satılır. Buna görə də, sağlamlığını qorumağa çalışan insanlar, bu kimi qarışıq tərkibli içkilərdən uzaq durmalı və onları gündəlik olaraq istehlak etməməlidir”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri